Keçmiş prezident Əşrəf Qəni Əfqanıstana qayıdacaq
Tarix: 21-08-2021 11:15 | Bölmə: Siyasət
Keçmiş prezident Əşrəf Qəni Əfqanıstana qayıdacaq

“Qardaşım geri qayıdacaq”.

Reyting.az
“Təsnim”ə istinadla xəbər verir ki, bunu Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin “Taliban” sıralarına qatılmış qardaşı Həşmət Qəni bildirib.

Onun sözlərinə görə, amerikalılar Əfqanıstanı birdən-birə tərk etməyiblər, bu məsələ ABŞ-ın keçmiş prezidenti Donald Trampın vaxtında həll olunub.

O əlavə edib: "Danışıqlar davam edəcək. Pəncir camaatı müharibə istəmir, şərəf və ləyaqət istəyir. “Taliban”la müharibəyə başlaya bilməzlər. Onlarla danışdım, özlərinin və ailələrinin təhlükəsizliyinə ümid edirlər. Çoxunun müharibəyə qatılacağını düşünmürəm”.

Həşmət Qəni əlavə edib ki, "Taliban” yaxşı bir təhlükəsizlik strategiyasına malikdir, ancaq yoxsulluq və aclıqla mübarizə aparmalı, dünya və qonşuları ilə əlaqələr qurmalıdır.

Həşmət Qəni bildirib: "Şübhəsiz ki, qardaşım Əşrəf Əfqanıstana qayıdacaq. O, Əfqanıstan xalqı ilə üz-üzə gəlməli və pul oğurlamaq ittihamına mövqeyini bildirməlidir. Bu günlərdə geri dönməyi məsləhət görmürəm. Ona müavini Əmrullah Saleh kimi axmaq bir hərəkət etmədiyinə və Əfqanıstanla müharibə aparmadığına görə ona təşəkkür edirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}