Həbsdə olan sabiq icra başçısı YAP-dan çıxarılıb
Tarix: 21-08-2021 16:07 | Bölmə: Siyasət
Həbsdə olan sabiq icra başçısı YAP-dan çıxarılıb

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

Məlumata görə, o, partiyanın yerli rayon təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. R.Tatarov da hakim partiya üzvlüyündən xaric edilib. O, YAP yerli rayon təşkilatının sədri olub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}