"Azərbaycan yolu bağlamaqla təzyiq göstərir" - Erməni türkoloq
Tarix: 26-08-2021 11:26 | Bölmə: Siyasət
"Azərbaycan yolu bağlamaqla təzyiq göstərir"

"Azərbaycan axşam saatlarında olduğu kimi, Ermənistandan güzəşt almaq üçün istənilən vaxt yolu bağlayır".

Reyting.az
xəbər verir ki, bunu türkoloq Varujan Geqamyan öz "Facebook" səhifəsində yazıb.

"Azərbaycanda "Ermənistanı blokadadan çıxarmaq" "Ermənistanın tam blokadası" mənası verir, buna görə də Ermənistan müstəqil inkişaf etmək imkanını itirəcək. Dünən gecə Azərbaycan qoşunları hələ açılmamış olan Gorus-Qafan yolunu (Ermənistan-İran-Fars Körfəzi yolu kimi də tanınır) bağlayıb. Azərbaycan nəqliyyatın blokadadan çıxarılmasında maraqlı deyil. Bakıda "blokadandan çıxarmaq" sözünün mənası: Sünik vasitəsi ilə Türkiyəyə xüsusi statuslu bir yolun açılması (kapitulyatorun 9 noyabrda razılaşdığı, lakin hələ də uğurla müqavimət göstərdiyimiz), Ermənistanın bütün dövlətlərarası yollarına Türkiyə tərəfindən nəzarət edilməsi deməkdir. 10 il ərzində Ermənistan dövlətini itirmək istəməyən hər kəs bu təhlükəni görməyən və ya görmək istəməyən hökumətin istefasını tələb etməlidir”, - deyə o yazıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}