Azərbaycan hərbçisi Rusiya sülhməramlılarının nəzarətindəki əraziyə qaçıb
Tarix: 26-08-2021 12:02 | Bölmə: Siyasət
Azərbaycan hərbçisi Rusiya sülhməramlılarının nəzarətindəki əraziyə qaçıb

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Müdafiə Nazirliyinin məlumatına görə, əsgər C. Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}