Ermənilər Kəlbəcəri atəşə tutub
Tarix: 29-08-2021 14:34 | Bölmə: Siyasət
Ermənilər Kəlbəcəri atəşə tutub

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı açıqlama yayıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır:

"Qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır. Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür.

Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Cavab atəşilə qarşı tərəf susdurulub”.

Nazirlik bildirir ki, Azərbaycan hərbçiləri arasında yaralanan yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}