11:03 / 16-01-2025
Analar inananda - Fotolar
20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Ermənistan demarkasiya və delimitasiya ilə bağlı Azərbaycandan cavab gözləyir
Tarix: 03-09-2021 22:54 | Bölmə: Siyasət
Ermənistan demarkasiya və delimitasiya ilə bağlı Azərbaycandan cavab gözləyir

Ermənistan demarkasiya və delimitasiya işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycanın reaksiyasını gözləyir. Reyting.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

A.Qriqoryan deyib ki, Ermənistan demarkasiya və delimitasiya işlərinə hazırdır: “Biz bunu açıq şəkildə bildirmişik. Hazırda heç bir iş həyata keçirilmir. Biz Azərbaycandan cavab gözləyirik”.

Təhlükəsizlik Şurasının katibi Azərbaycanın müsbət cavab verəcəyinə və sərhəddə böhranın mümkün qədər tez həll edilməsi üçün ən qısa müddətdə demarkasiya və delimitasiya işlərinə başlamağın mümkün olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Yerevan “Azərbaycan qüvvələrinin Ermənistan ərazilərindən çıxarılmasını” tələb edərək, həmçinin “erməni əsirlər azad edilənə qədər” sərhədin delimitasiyasını qeyri-mümkün hesab edərək, sərhədin delimitasiyası mümkünlüyünü təkzib edirdi. Yerevanın mövqeyinin dəyişib-dəyişmədiyini yaxın gələcək göstərəcək.

Rəsmi Bakı hələlik Qriqoryanın bəyanatına reaksiya verməyib.




Bölməyə aid digər xəbərlər