11:03 / 16-01-2025
Analar inananda - Fotolar
20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Rəsmi Bakı: "Azərbaycan diplomatik kanallarla Rusiyaya etirazını çatdırıb"
Tarix: 04-09-2021 15:58 | Bölmə: Siyasət
Rəsmi Bakı: "Azərbaycan diplomatik kanallarla Rusiyaya etirazını çatdırıb"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası”nın qeyd olunması məsələsinə reaksiya verib.

Reyting.az
xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

L. Abdullayeva bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb: "Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib".




Bölməyə aid digər xəbərlər