11:03 / 16-01-2025
Analar inananda - Fotolar
ABŞ səfiri Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir
Tarix: 11-09-2021 23:12 | Bölmə: Siyasət
ABŞ səfiri Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir

ABŞ-ın Ermənistandakı səfiri “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir”,- söyləyib.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva məsələyə münasibət bildirərkən deyib ki, ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir.

L. Abdullayeva bildirib ki, münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb: “Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz".

XİN rəsmisi qeyd edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır:

"Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir".




Bölməyə aid digər xəbərlər