11:03 / 16-01-2025
Analar inananda - Fotolar
TƏBİB sədri vəzifədən azad edilib, səlahiyyətləri digər şəxsə tapşırılıb - Foto
Tarix: 13-09-2021 12:14 | Bölmə: Siyasət
TƏBİB sədri vəzifədən azad edilib, səlahiyyətləri digər şəxsə tapşırılıb

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə Reyting.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. V. Qurbanov hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.


V. Qurbanov

Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.

Xatırladaq ki, TƏBİB-in İdarə Heyətinin sədri R. Bayramlı vəzifədən azad olunması üçün ərizə ilə müraciət etmişdi.




Bölməyə aid digər xəbərlər