11:03 / 16-01-2025
Analar inananda - Fotolar
Delimitasiya və demarkasiyanı SSRİ xəritələri əsasında etmək istəyirlər
Tarix: 17-09-2021 16:48 | Bölmə: Siyasət
Delimitasiya və demarkasiyanı SSRİ xəritələri əsasında etmək istəyirlər

“Moskvada Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi haqqında məlumat var. Bu sülh formatına əsasən qondarma respublikanın statusu məsələsi nəzərə alınmayıb, delimitasiya və demarkasiya SSRİ xəritələri əsasında aparılacaq”.

Reyting.az
xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. O bildirib ki, Zəngəzur dəhlizinin açılması da müzakirə predmetidir:

“Ermənistan Müdafiə naziri Arşak Karapetyan Moskvada səfərdədir. Ola bilsin ki, bu sülh müzakirəsi məsələsi doğrudur. Zəngəzur dəhlizinin açılması mütləqdir, ancaq buna nəzarətin Rusiya tərəfindən olacağını zənn edirəm. Gorus-Qafan yoluna gəldikdə isə, bu yol Ermənistan-İran arasında əsas əlaqə vasitəsidir. Bu səbəbdən hesab etmirəm ki, bu yol tam bağlanacaq. Əgər bu yol açıq qalacaqsa, gərək nəzarəti Azərbaycan eləsin. Əvvəlcə Azərbaycan tərəfi bu yolda nəzarəti gücləndirərək Ermənistanı müşkül duruma salıb sülhə təhrik elədi. Ermənistan da anlayır ki, çıxış yolları qalmayıb”.

Ekspert deyib ki, delimitasiya və demarkasiyanı SSRİ xəritələri əsasında etmək istəyirlər:

“Zənn edirəm ki, 1920-ci illərdə Ermənistanın sovetləşməsi qarşılığında ona verilən Zəngəzur, Göyçə, Dərələyəz, Dilican və digər ərazilər Ermənistanda qalır. Ancaq sonrakı zamanlarda Ermənistanın müharibə ilə işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi qalır. Bu formatda delimitasiyanı edə biləcəkləri ehtimalı yüksəkdir.

Əsirlər və mina xəritələri də mütləq müzakirə edilənlərdəndir. Azərbaycandakı “erməni əsirlər” atəşkəs bəyanatından sonra keçdiklərinə görə onlar sərhəddi pozmuş diversantlardır. Rusiya tərəfi də bunu açıq bəyan elədi. Ermənistan tərəfi əsirlərin geri qaytarılmasını istəyəcək. Ancaq ilk mina xəritələrini verməlidirlər ki, sonra nəsə tələb etsinlər”.




Bölməyə aid digər xəbərlər