11:03 / 16-01-2025
Analar inananda - Fotolar
Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə liderliyini saxlayır
Tarix: 20-09-2021 08:56 | Bölmə: Siyasət
Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə liderliyini saxlayır

Rusiya Mərkəzi Seçki Komissiyası protokolların 60,06 faizini hesabladıqdan sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə federal dairə üzrə 47,16 faizlə liderliyini saxladığı bəlli olub.

“RİA Novosti” xəbər verir ki, siyahıda ikinci yerdə 20,89 faizlə Rusiya Federasiyası Kommunist Partiyası, üçüncü yerdə 7,9 faizlə Rusiya Liberal Demokrat Partiyası qərarlaşıb.

İlkin məlumata görə, seçki siyahısındakı liderlərin ilk beşliyinə, 7,54 faizlə Ədalətli Rusiya Partiyası da düşüb, onu 5,77 faizlə "Yeni insanlar" izləyir.

Beləliklə, Dumaya 5 faizlik baryeri aşan beş partiya keçir.

Onu da qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər dünən yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrdə də bildirilib ki, seçkilərdə Vahid Rusiya Partiyası lider olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45 faizi ötüb.

Bugünlərdə Rusiyada həm də bələdiyyə seçkiləri keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər