11:03 / 16-01-2025
Analar inananda - Fotolar
MM-də ölkədə medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə ediləcək
Tarix: 20-09-2021 16:50 | Bölmə: Siyasət
MM-də ölkədə medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə ediləcək

Milli Məclisdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə keçiriləcək.

Bu parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) və aparatın, həmçinin Medianın İnkişaf Agentliyinin (MEDİA) iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək/APA.




Bölməyə aid digər xəbərlər