Ermənistan Beynəlxalq Ədliyyə Məhkəməsinə verilib
Tarix: 23-09-2021 23:21 | Bölmə: Siyasət
Ermənistan Beynəlxalq Ədliyyə Məhkəməsinə verilib

Ermənistan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanı pozduğu üçün Azərbaycan tərəfindən Beynəlxalq Ədliyyə Məhkəməsinə verilib.

Reyting.az
xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Bildirilir ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir: “İddiaçı (Azərbaycan-red.) Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və nifrəti qızışdırdığını bildirir, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələr işlətmək və irqçi təbliğat hökumət səviyyəsində aparılır", - məlumatda deyilir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}