11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycan MDB İqtisadi Şurasının 91-ci iclasında iştirak edib
Tarix: 24-09-2021 14:44 | Bölmə: Siyasət
Azərbaycan MDB İqtisadi Şurasının 91-ci iclasında iştirak edib

Bu gün Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 91-ci iclası keçirilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, Belarusun sədrliyi ilə keçirilən tədbirdə Azərbaycanı Baş nazirin I müavini Yaqub Eyyubov təmsil edib.

Nümayəndə heyətləri əvvəlcə məhdud tərkibdə görüşüblər. Tədbiri açan MDB İcraiyyə komitəsinin icraçı direktoru Sergey Lebedev qedy edib ki, iclasda MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinə dair 22 məsələ müzakirə olunacaq.

İclas iştirakçıları dəmir yolu nəqliyyatının strateji inkişaf konsepsiyası, innovasiyalar sahəsində dövlətlərarası əməkdaşlıq proqramının icrası üzrə Kompleks Plan, həmçinin Yerin təkinin kəşfiyyatı, istifadəsi və qorunması üzrə Hökumətlərarası Şuranın fəaliyyəti, neft-qaz maşınqayırması sahəsində Əməkdaşlıq Konsepsiyasının icrası üzrə Təxirəsalınmaz Tədbirlər Planının yerinə yetirilməsi, MDB orqanlarının vahid büdcəsinin icrası və s. məsələləri müzakirə ediblər.

İclas çərçivəsində Y.Eyyubov və Belarusun Baş nazirinin müavini İqor Petrişenko arasında ikitərəfli görüş keçirilib. Tərəflər iqtisadi əlaqələri, MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının dekabrın 10-da Moskvada keçirilməsi qərara alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}