Ermənistanda məğlubiyyət günü qeyd olunur
Tarix: 27-09-2021 17:56 | Bölmə: Siyasət
Ermənistanda məğlubiyyət günü qeyd olunur
Erməni əsgərləri

“Biz bu günü torpaqlarımızın azadlığına başladığımız gün kimi, ermənilər isə məğlubiyyət günü kimi qeyd edirlər. Bu gün həm də şəhidlərimizin anım günüdür və onları qürurla, fəxrlə anırıq”.

Bunu Reyting.az-a deputat Elman Məmmədov deyib.

27 Sentyabr - Anım Günündən danışan Elman Məmmədov əlavə edib ki, ermənilər məğlub olmalarının, kapitulyasiyaya gedən yolun, rüsvayçılıqlarının anım gününü qeyd edirlər:

“Cənab Prezident bu gün çıxışı etdi. Dedi ki, biz bu 44 günlük müharibədə erməni faşizmini məhv etmişik. Yəni işğalçı ordunu, Ermənistan ordusuna təlim keçənləri, onları silahlandıranları, onların arxasında duranları, ürək-dirək verənləri, dəstəkləyənləri məğlub etmişik. Biz şanlı tariximizi yazmışıq. Ermənilər, onların havadarları nəyi qeyd edirlə? Təbii ki, rüsvayçı məğlubiyyətlərini”.

E. Məmmədov bildirib ki, hazırda Xocalı rayonunun doqquz kəndi Azərbaycanın nəzarəti altındadır. O əmindir ki, Qarabağın bəzi ərazilərində yaşayan ermənilər zamanla bu əraziləri tərk edəcəklər: “Başqa cür ola bilməz. Bu ərazilər bizimdir. Azərbaycan Prezidentinin mövqeyi və siyasi iradəsi ortadadır. Cənab Prezident əvvəlcədən də silahlı şəxslərə xəbərdarlıq edirdi ki, ərazilərimizdən çıxın, müharibəni dayandıraq. Amma onlar bu mesajı düzgün qiymətləndirmədilər. Nəticə göz önündədir”.

Deputat bir daha qeyd edib ki, artıq erməni separatçılarının status tələbi tarixin zibilliyinə atılıb: “Daha status məsələsi yoxdur. Ancaq görürsən ki, bəzən İrəvanda kimlərsə sərsəm fikirlər işlədirlər. Amma bu məsələ bitib, Azərbaycan Ordusu 44 gün ərzində sözünü deyib. Yaxşısı budur ki, ermənilər gələcək haqqında düşünsünlər və əsassız iddialarından əl çəksinlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}