16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Məhkəmə AXCP fəalını həbsdə saxlayıb
Tarix: 06-10-2021 18:47 | Bölmə: Siyasət
Məhkəmə AXCP fəalını həbsdə saxlayıb

Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin (Əlizamin) Salayevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə şikayətini təmin etməyib.

Reyting.az
-ın “Turan”a istinadla verdiyi məlumata görə, vəkil Elçin Sadıqov bildirib ki, iclas zamanı Salayev 17 saylı “koloniya”da ona olan təzyiqlərdən şikayət edib. O deyib ki, iki dəfə “koloniya” rəisi tərəfindən işgəncəyə məruz qalıb.

Vəkil həmçinin bildirib ki, Salayev artıq 29-cu gündür ki, fiziki təzyiqə və əsassız cinayət təqibinə etiraz olaraq aclıq edir.

"Salayevin vəziyyəti pisdir, 20 kiloqram çəki itirib, lakin aksiyanı sona qədər davam etdirmək niyyətindədir", - vəkil qeyd edib.

Müdafiə tərəfi apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət verəcək.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Zamin Salayev aprelin 20-də Salyan Rayon Məhkəməsi tərəfindən yerli polis zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il, 3 ay müddətinə mühakimə edilib.

İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətləşib, polisi 21 yaşlı yerli sakini onunla birgə yaşamağa sövq etməkdə ittiham edib.

Avqustun 6-da məhkəmə cəza müddətinin yarısının çəkməsi ilə əlaqədar onu vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib. Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.




Bölməyə aid digər xəbərlər