Azərbaycanda daha bir partiya təsis olunur
Tarix: 19-10-2021 19:45 | Bölmə: Siyasət
Azərbaycanda daha bir partiya təsis olunur

İctimai-siyasi fəallardan ibarət qrup Demokratik Dəyişim Partiyasının (DDP) yaradılması üzrə təşkilat komitəsi təsis edib. Təşkilat komitəsinin sədri vəzifəsinə Əli Mustafa seçilib.

Reyting.az
xəbər verir ki, yeni partiyanın təsis edilməsinin əsas məqsədi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə həqiqi demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olmaqdır.

DDP hakimiyyətin xalqın həqiqi iradəsinə uyğun və legitim əsaslarla formalaşdırılmasını; daxili və xarici siyasətdə beynəlxalq hüququn prinsiplərinin əsas tutulması və beynəlxalq öhdəliklərin icrasının təmin olunmasını; insan hüquq və azadlıqlarının, xalqın rifahının və təhlükəsiz həyatının təmin olunmasını; idarəetmənin əks mərkəzləşmə, qanunçuluq, hesabatlılıq və şəffaflıq prinsipləri əsasında qurulmasını; qanunun aliliyinin və hakimiyyət qanadları arasında balansın təmin olunmasını; həqiqi bazar münasibətlərinin, azad sahibkarlığın və ədalətli rəqabətin təmin olunmasını prioritet vəzifələri hesab edir.

Təşkilat Komitəsinin sədri Əli Mustafa “Turan”a deyib ki, yaxın günlərdə təşkilatın regional strukturlarının yaradılması üzrə işlərin həyata keçirilməsi və təsis qurultayı nəzərdə tutulur.

Onun sözlərinə görə, partiya xarici siyasətində Türkiyə ilə xüsusi münasibətlərə malik olmaqla birlikdə, beynəlxalq ictimaiyyətin bütün iştirakçıları ilə əməkdaşlığın tərəfdarıdır. Partiya həmçinin Azərbaycanın avrointeqrasiya perspektivlərinə müsbət yanaşır.

Qeyd edək ki, Ə. Mustafa 1965-ci ildə Bərdədə dünyaya gəlib. İxtisasca hüquqşünasdır, elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində milli-demokratik hərəkatda fəal iştirak edib.

Son illər Demokratik Dəyişim ictimai platformasının üzvü olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}