Borrel: “Avropa Rusiya ilə danışıqları davam etdirməlidir”
Tarix: 13-06-2022 07:23 | Bölmə: Siyasət
Borrel: “Avropa Rusiya ilə danışıqları davam etdirməlidir”

Ukraynada hərbi əməliyyatlar dayandırıldıqdan sonra Avropa Rusiya ilə birgə yaşamağa davam etməlidir, ona görə də Moskva ilə dialoqu davam etdirmək tələb olunur.

Reyting.az
xəbər verir ki, bunu “Le Journal du Dimanche” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

O, Fransa prezidenti Emmanuel Makronun Rusiyanı alçaltmağın yolverilməzliyi ilə bağlı sözlərini yüksək qiymətləndirib.

"Bu bəyanat reallığı əks etdirir və Rusiya sülh danışıqlarından sonra mövcud olmağa davam edəcək. Avropa onunla necə yaşayacağını dəqiq müəyyən etməli olacaq", - Borrel vurğulayıb.

Ali nümayəndə qeyd edib ki, Avropa Rusiya ilə danışıqları davam etdirməlidir.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}