Parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq
Tarix: 17-11-2022 12:46 | Bölmə: Siyasət
Parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq

Milli Məclisin (MM) parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.

Reyting.az
xəbər verir ki, bu məsələ MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsinə əsasən, Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}