Ermənistan 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib
Tarix: 05-12-2022 10:55 | Bölmə: Siyasət
Ermənistan 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib

Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşən 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.

“Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}