12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
12:39 / 16-09-2025
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
12:30 / 16-09-2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:05 / 16-09-2025
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
11:57 / 16-09-2025
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
11:00 / 16-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətirilib - Yenilənib
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
10:16 / 16-09-2025
Çempionlar Liqası: bu gün 6 oyun keçiriləcək
10:08 / 16-09-2025
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
10:05 / 16-09-2025
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
10:04 / 16-09-2025
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
09:49 / 16-09-2025
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
09:45 / 16-09-2025
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
09:40 / 16-09-2025
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
09:29 / 16-09-2025
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
09:20 / 16-09-2025
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

14:21 / 11-09-2025

09:10 / 12-09-2025

15:37 / 14-09-2025

XİN Bayramovun Rusiyaya səfərinin nəticələrinə dair məlumat yayıb
Tarix: 05-12-2022 19:28 | Bölmə: Siyasət

Azərbacan Xarici İşlər Nazirliyi (XİN) nazir Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfərinin nəticələrinə dair məlumat yayıb.
Reyting.az xəbər verir ki, məlumatda deyilir:
5 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri baş tutub.
Səfərin əvvəlində, xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib və əbədi məşəl önünə əklil qoyub.
Daha sonra, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və geniş nümayəndə heyəti ilə birgə görüş keçirib.
Görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının cari ildə 30 illik yubileyinin qeyd olunduğunu söyləyən nazir, müxtəlif tədbirlərin keçirildiyini və bu tədbirlərin ikitərəfli münasibətlərə töhfə verəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.
Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.
Geniştərkibli görüşdən sonra, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.
Daha sonra, nazirlərin iştirakı ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş poçt markalarının xüsusi poçt ştempeli ilə damğalanması mərasimi keçirilib. Eyni zamanda, yeni nəşr olunmuş Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin toplusunun 2-ci cildi təqdim edilib.
Görüşdən sonra, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib. Konfrans zamanı nazirlər bəyanatlarla çıxış edib və medianın suallarını cavablandırıblar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:39
Paşinyanı impiçment etmək istəyirlər
Bu gün, 09:45
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
Bu gün, 08:02
Ukraynada 1000-ə yaxın britaniyalı muzdlu həlak olub
Dünən, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Dünən, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək