18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiyalı politoloq: “Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalanması üçün...”
Tarix: 06-12-2022 15:13 | Bölmə: Siyasət
Rusiyalı politoloq: “Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalanması üçün...”

“İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Rusiya prezidenti Putinin xüsusi qeyd etdiyi kimi, Qarabağın müstəqilliyini tanımaqdan imtina etdi. Əgər Ermənistan Qarabağı öz ərazisi kimi tanısaydı, vəziyyət başqa və bəlkə də müharibənin nəticəsi, Rusiyanın davranışı başqa cür olardı”.

Reyting.az
xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

S. Tarasov bildirib ki, Ermənistan 9 noyabr bəyanatını imzalamaqla məğlubiyyətini etiraf edib: “Belə olan halda həm 9 noyabr bəyanatı, həm də ondan sonrakı bəyanatlar əsasında yalnız bir-birinin ərazi bütövlüyünün tanınması şərti ilə sülh müqaviləsi imzalamağa hazır olmaqdan danışmaq olar.

Azərbaycan deyir ki, Qarabağsız Ermənistanın ərazi bütövlüyünü tanıyır, ermənilər isə uca səslə Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdıqlarını deyirlər, çünki İrəvanı ancaq Ermənistan anklavının sakinlərinin taleyi narahat edir. Ermənistan fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun və Qərb platformalarının reanimasiya yolu ilə hansısa formada bu anklavın statusunu müəyyən etməyə çalışır. Amma bu anklavın Azərbaycanın bir hissəsi olması Ermənistanda şübhə yaratmır. Əgər belə olmasaydı, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqdan imtina etsəydi, o zaman İrəvanla Bakı arasında təmasların yaranma ehtimalı az olardı. Sülh müqaviləsi imzalansa, bu prinsiplər əsasında həyata keçiriləcək. Digər prinsiplər rəsmi olaraq heç nədir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}