18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri görüşüb - Foto
Tarix: 07-12-2022 00:31 | Bölmə: Siyasət
Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri görüşüb

Dekabrın 6-da Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan hökumətinə istinadla azılan məlumatda qeyd olunub ki, tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğulayıblar.

İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.

Bildirilir ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəklər.

Azərbaycan və Ermənistan nümayəndələri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}