Hikmət Hacıyev: “İrəvan 25 mülki azərbaycanlını qətlə yetirmiş şəxsə haqq qazandırır”
Tarix: 29-07-2023 23:23 | Bölmə: Slayd
Hikmət Hacıyev: “İrəvan 25 mülki azərbaycanlını qətlə yetirmiş şəxsə haqq qazandırır”

“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter”də yazıb.

H. Hacıyev qeyd edib ki, V. Xaçaturyan insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb.





Bölməyə aid digər xəbərlər