“Vaqner” Suvalski dəhlizində terror əməliyyatına başlaya bilər
Tarix: 31-07-2023 13:19 | Bölmə: Slayd
“Vaqner” Suvalski dəhlizində terror əməliyyatına başlaya bilər

Polşa Senatı Belarus ərazisində güclənən “Vaqner” muzdlu döyüşülərinin Polşa və Litvanı birləşdirən Suvalski dəhlizində terror əməliyyatına başlayacağını gözləyir.

Reyting.az
xəbər verir ki, bunu Polşa Senatının vitse-marşalı Mixal Kaminski deyib.

“Mən istisna edə bilmərəm və bunu Polşada heç kim istisna etmir ki, NATO-nun Polşa ilə, Avropanın şərqi ilə həmrəyliyinə etiraz etmək üçün onlar Polşaya daxil olmağa cəhd edə bilərlər. Çox güman ki, bu, terror aktı kimi olacaq. Yəni “Vagner” qrupu Ukraynadakı kimi tammiqyaslı bir işğaldan daha çox qısamüddətli əməliyyat keçirə bilər”,-vitse-marşal deyib.

Onun sözlərinə görə, “Vaqner”in istənilən təxribatları mümkündür, baxmayaraq ki, vitse-marşal Amerika əsgərlərinin artıq Polşa ərazisində olduğunu xatırladıb. “Lukaşenko Rzeşova eyham vurdu. Yaxşı, qoy içəri girsinlər. Onlar orada təkcə Polşanın deyil, Amerikanın müdafiəsi ilə də qarşılaşacaqlar. Bu işdə yeganə sual, tabutlarının pulunu kimin ödəyəcəyi, hansı halda Rusiyaya geri göndəriləcəyidir”, - deyə Mixal Kaminski xəbərdarlıq edib.

Onun sözlərinə görə, əgər “Vaqner”çilər Litva ərazisindəki Suvalki dəhlizinə daxil olarsa, o zaman Polşa şübhəsiz ki, NATO-dakı qonşusunun müdafiəsinə qalxacaq: “Heç kim şübhə etmir ki, lazım gələrsə, biz Litvanı müdafiə edəcəyik, bu, bizim üçün müqəddəsdir”.

Qeyd edək ki, Polşanın baş naziri Mateuş Moravetski Belarusda “Vaqner” özəl hərbi şirkətinin bir qrup üzvünün Suvałki dəhlizi adlanan hissəsinə köçürüldüyünü bildirib. Moravetski hesab edir ki, bu, Polşa ərazisinə növbəti hibrid hücuma doğru bir addımdır.

Rəsminin sözlərinə görə, “Vaqner”çilər Belarus sərhədçilərinin formasını geyinə bilər və belə bir örtük altında qeyri-qanuni mühacirlərin Polşaya daxil olmasına və ölkədə vəziyyəti içəridən sarsıtmağa kömək etməyə çalışarlar.

Xatırldaq ki, Suvalki dəhlizi şərti olaraq Polşa-Litva sərhədi boyunca Belarus ərazisindən Rusiyanın Kalininqrad vilayətinə qədər uzanan xəttdir. Bu şərti dəhlizin uzunluğu təqribən 100 kilometrdir.

Bundan əvvəl Britaniya mediası elan edib ki, “Vaqner” bu dəhlizi götürməyə qanunsuz cəhd edərsə, dünya müharibəsi ehtimalı yaranacaq və NATO hərəkətə gələcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər