Rusiyanın yüksək vəzifəli şəxslərinin həbsinə order veriləcək
Tarix: 31-07-2023 14:11 | Bölmə: Slayd
Rusiyanın yüksək vəzifəli şəxslərinin həbsinə order veriləcək

ABŞ prezidenti Cozef Baydenin Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair sübutların Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi barədə sərəncamı Rusiya siyasi elitasının genişmiqyaslı həbslərinə hazırlıqların başlandığını göstərir.

Reyting.az
-ın xəbərinə görə, bu fikirləri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak hesab edir ki, dövlətlər Sergey Lavrov, Sergey Şoyqu, Valeri Gerasimov və Nikolay Patruşev kimi şəxslərin həbsi üçün daha çox order gözləyir:

“Birinci siqnal ABŞ-ın Rusiya Federasiyasının siyasi elitasının genişmiqyaslı həbslərinə hazır olduğunu göstərir.

İkinci siqnal neytral mövqedə olan ölkələrə ünvanlanır.

Əsas mesaj ondan ibarətdir ki, Rusiya indiki formada mövcud olmayacaq, ona görə də Rusiya Federasiyasının siyasi elitasının nümayəndələri ilə münasibətlər qurmağın mənası yoxdur.

Üçüncü siqnal isə rusların özlərinə ünvanlanıb, yəni Putinin onlara lazım olub-olmaması, Ukraynada qalmalarının lazım olub-olmaması barədə düşünməlidirlər”.

Ukrayna rəsmisi xüsusilə qeyd edib ki, çoxları barəsində order verilə, həbs oluna bilər.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Bayden Rusiyanın Ukraynadakı cinayətlərinin sübutlarını Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyi tapşırıb. Jurnalistlərin sözlərinə görə, əvvəllər ABŞ Müdafiə Nazirliyi bu qərara qarşı çıxıb, çünki onlar Amerika hərbçilərini mühakimə etməyə imkan verəcək presedent yaratmaqdan qorxurdular.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər