Putinin süqutu üçün üç ssenari var
Tarix: 31-07-2023 14:47 | Bölmə: Slayd
Putinin süqutu üçün üç ssenari var

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə ssenaridə hakimiyyəti itirə bilər. Xüsusən də ölkədə inqilab və qondarma “saray çevrilişi” mümkündür”.

Reyting.az
xəbər verir ki, bunu “After Empire” portalının baş redaktoru, tanınmış siyasi analitik Olqa Kurnosova bildirib.

Onun sözlərinə görə, güclənən “Rusiyanın Azadlığı” legionu Moskvaya çatdıqdan sonra da hakimiyyət dəyişə bilər.

O. Kurnosovanın fikrincə, Rusiya Federasiyasında inqilab o zaman mümkündür ki, cəbhədəki əsgərlər zabitləri cəzalandırmaq haqda qərar versinlər. “Biz görəndə ki, sıravilər öz komandirlərini güllələyəcəklər, bu, artıq qoşunlarda inqilabi əhval-ruhiyyənin formalaşdığını göstərəcək”,- deyə analitik əlavə edib.

Ekspert deyib ki, elita nümayəndələri də Putin rejimi üçün təhlükə yarada bilərlər:

“Çöküşün yaxınlaşdığını anlayan elita Putinə nəsə edəcək. Çünki bu gün bu müharibənin əsas mühərriki, əlbəttə, şəxsən cənab Putindir”.

Qeyd edək ki, Vladimir Putin 20 ildən artıqdır Rusiyada hakimiyyətdədir. Keçmiş Britaniya casusu Kristofer Stil Qərb dövlətlərinin Rusiya liderinin “dövrünün sonuna hazırlaşmalı” olduğunu proqnozlaşdırıb. Onun fikrincə, Rusiya lideri gələn il hakimiyyətdən gedəcək. Stil həmçinin deyib ki, Putin qəfil ölə bilər, çünki mötəbər mənbələr onun xəstə olduğunu deyirlər.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Rusiya dövlətinin artıq “inqilaba hamilə olduğunu” iddia etmişdi.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər