18:45 / 10-06-2025
Ölkəmizdə 3 gün iş olmayacaq
18:34 / 10-06-2025
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
18:33 / 10-06-2025
Kennedi 17 nəfəri işdən çıxarıb
18:23 / 10-06-2025
Mayın 11-də keçirilən imtahanların nəticələri elan edilib
18:02 / 10-06-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:48 / 10-06-2025
"Sity Net" "Jurnalistlərin binası"nda narazlıq yaradıb
17:32 / 10-06-2025
Misir Mərdanov xəstəxanaya yerləşdirilib
17:23 / 10-06-2025
Azərbaycan XİN Avstriya xalqına başsağlığı verib
17:18 / 10-06-2025
Erməniləri dini liderin müdafiəsinə çağırırlar
16:32 / 10-06-2025
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
16:19 / 10-06-2025
Lənkəranda 73 yaşlı qadını aldadıblar
15:59 / 10-06-2025
İlham Əliyev Polşanın yeni prezidentinə məktub göndərib
15:58 / 10-06-2025
Azərbaycan və Çin vətəndaşları vizadan azad edilib
15:56 / 10-06-2025
Prezident hərbçilərlə bağlı qanunu təsdiqləyib
15:30 / 10-06-2025
Şəmkirdə əməliyyat: saxlanılanlar var
15:02 / 10-06-2025
Qaz təchizatı sahəsində qanun dəyişir - Detallar
15:01 / 10-06-2025
Yazıçı və kəşfiyyatçı vəfat edib
14:50 / 10-06-2025
Suriyadan gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
14:35 / 10-06-2025
Lukaşenko “Belarusfilm”i kəskin tənqid edib
14:28 / 10-06-2025
Qarabağ zonasında daha 889.2 hektar ərazi minalardan təmizlənib
14:09 / 10-06-2025
Prezident Gömrük Komitəsinin yeni binasının açılışında iştirak edib
13:54 / 10-06-2025
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
13:40 / 10-06-2025
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd olunacaq
13:30 / 10-06-2025
İsrail ABŞ silahlarını Ukraynaya göndərib
13:14 / 10-06-2025
Əli Əsədov Özbəkistanda səfərdədir
13:07 / 10-06-2025
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
13:00 / 10-06-2025
Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim başlayıb - Video
12:49 / 10-06-2025
Keçmiş icra başçısının əmlakları ilə bağlı qərar verilib
12:46 / 10-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:41 / 10-06-2025
Kral III Çarlz sağalmaz xəstəliyə düçar olub
10:11 / 06-06-2025

20:08 / 05-06-2025

00:01 / 06-06-2025

10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:07 / 06-06-2025

18:49 / 05-06-2025

13:11 / 06-06-2025

09:56 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

Kəskin rəqabət... - Qara qitə uğrunda mübarizə qızışır
Tarix: 31-07-2023 18:57 | Bölmə: Slayd

Müstəmləkəçilik dövründən bu yana Afrika qitəsində güclü təsirə malik olan Fransa və İngiltərə kimi Qərbin də təsirləri azalır. Buna səbəb kimi siyasi, iqtisadi və hərbi böhranlar göstərilir. Əvəzində Rusiya SSRİ dövründə olduğu kimi qitədə təsirini artırmağa çalışır.
Xatırladaq ki, 54 ölkənin olduğu və 30,8 milyon kvadrat kilometr ərazidə yerləşən Afrika qitəsi qlobal iqtisadiyyat üçün çox mühüm yeraltı və yerüstü sərvətlərə malikdir. Dünyadakı kənd təsərrüfatı torpaqlarının 60 faizi, qlobal neft torpaqlarının 9,6 faizi, kobaltın 90 faizi, manqanın 70 faizi və illik uran istehsalının 18 faizi Afrikaya məxsusdur. Bundan əlavə, qlobal qızıl tədarükünün yarısı və almaz istehsalının 45 faizindən çoxu da Afrika ölkələrinin payına düşür.
Reyting.az professor Huriye Yıldırım Çınarın Afrika qitəsinin çoxqütblü dünya düzənindəki əhəmiyyəti, qlobal və regional güclərin fəaliyyəti və mümkün nəticələri haqqında fikirlərini təqdim edir.
Professor bildirir ki, hesablamalara görə, 2050-ci ildə əsasən gənclərdən ibarət Afrika sakinləri dünya əhalisinin dörddə birinə uyğunlaşacaq: “Bir çox Afrika ölkələri, qitədə artan iqtisadiyyatları və orta təbəqənin meydana çıxması ilə regional və qlobal güclər üçün mühüm bazar hesab edilir. Bu təbii sərvətlərlə yanaşı, Hind okeanı, Atlantik okeanı və Ədən körfəzi də daxil olmaqla qlobal ticarət dəniz yolları üzərində olması Afrikanın geostrateji əhəmiyyətini artırır. Qlobal siyasətdə Afrikanın digər diqqətəlayiq xüsusiyyəti isə 28 faizlə Birləşmiş Millətlər Təşkilatında (BMT) ən böyük regional səsvermə qrupuna sahib olmasıdır”.
Çınar vurğulayıb ki, qloballaşmanın sürətlənməsi, xammala və bazarlara ehtiyacın artması qlobal və regional güclərin Afrika üzərində təsir uğrunda rəqabət aparmasına səbəb olub:
“Əslində, Afrika üzərində qlobal rəqabət yeni bir hadisə deyil. Tarix boyu keyfiyyətini dəyişərək həmişə mövcud olmuşdur. Məsələn, XV əsrin sonlarından başlayan müstəmləkəçilik dövründə Afrika avropalıların müstəmləkəçilik siyasəti ilə istismar edilib. Müstəmləkəçilik dövründən sonra siyasi müstəqillik əldə edən Afrika dövlətləri 1950-ci illərdən etibarən Soyuq Müharibənin ikiqütblü quruluşuna çəkilib. Şərq və Qərb blokları öz ideoloji və iqtisadi təsirlərini artırmaq və qitə dövlətlərinə təsir göstərmək üçün böyük rəqabətə girib, müxtəlif ölkələrdə vətəndaş müharibələri, çevrilişlər, siyasi və iqtisadi böhranlar törədiblər.
1991-ci ildə Soyuq Müharibənin başa çatması ilə ikiqütblü qlobal siyasi mühitdə böyük dəyişikliklər baş verdi. Soyuq Müharibədən sonra ABŞ-ın supergüc olub-olmaması müzakirələri gündəmə gəldi. Lakin bir müddət sonra Çin, İran, Rusiya, Hindistan və Braziliya kimi regional güclərin Qlobal Cənubda böyük yüksəlişi ABŞ-ın supergüc mövqeyinin şübhə altına alınmasına və qlobal arenada çoxqütblülüyün müzakirəsinə səbəb oldu. Qlobal mühitdə böyük qeyri-müəyyənlik və qeyri-sabitliyə səbəb olan bu çoxqütblü quruluşda aktyorlar siyasi və iqtisadi güclərini artırmaq üçün xarici siyasətlərində Afrika kimi yüksək iqtisadi və geostrateji əhəmiyyətə malik regionlar üçün böyük strategiyalar hazırlayırlar. Bu səbəbdən Afrikada Fransa və Böyük Britaniya kimi tarixi aktorlarla yanaşı ABŞ, Çin, Rusiya, İran, İsrail, Yaponiya və Braziliya kimi yeni aktyorlar da şiddətli rəqabətdədir”.
Professorun sözlərinə görə, Fransanın əhəmiyyət verdiyi Mali, Burkina Faso və Qvineya kimi Qərbi Afrika ölkələrində fransızların varlığı daha mürəkkəb problemlərə səbəb olub. Fransanın bu regionda təsiri azalsa da, qitədə digər güclər, xüsusən də Rusiya və Çin Afrika liderləri ilə yeni əməkdaşlıq vədləri əsasında təsirlərini artırmağa başlayıblar. Çin qitə dövlətləri ilə iqtisadiyyata əsaslanan böyük əlaqələr şəbəkəsi qurur. Bu gün Pekinin müxtəlif Afrika dövlətləri ilə ticarətinin ümumi həcmi təxminən 282 milyard dollardır. Bu, Çinin imkanlarının artmasını özünə təhlükə sayan ABŞ-ı yeni strategiya axtarışına sövq edib. Bu kontekstdə Çin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən Afrika qitəsi Vaşinqton-Pekin rəqabəti qaçılmaz olub.
Rusiya Krımın ilhaqdan sonra beynəlxalq izolyasiyadan qurtulmaq və zəifləyən iqtisadiyyatını bərpa etmək üçün Afrikaya böyük əhəmiyyət verir. Münasibətlərini daha çox hərbi və iqtisadi motivlərlə formalaşdıran Moskvanın Afrika ölkələri ilə 20-dən çox hərbi müqavilə imzaladığı məlumdur. Bundan əlavə, xüsusilə Ukrayna-Rusiya müharibəsindən sonra Qərb dövlətləri, xüsusilə Fransa, Rusiyanın təsirini qırmaq üçün Afrikada yeni təşəbbüslərlə çıxış etməyə başlayıb.
2020-ci ilin 15 sentyabr tarixli İbrahim Razılaşmaları ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş ilə normallaşma prosesinə girən İsrail, Afrikada da yeni bir açılış edib. İsrailin qitədəki bu hərəkətlərinə qarşı regional rəqibi olan İran da Afrika siyasətini sürətləndirib. Ancaq Tehran administrasiyasının Afrikadakı siyasətinin sürətlənməsini yalnız İsraillə rəqabəti ilə izah etmək düzgün yanaşma deyil.
Məlum olduğu kimi, 2012-ci ildən ABŞ və Avropa dövlətləri İranın nüvə silahı istehsal etmək imkanlarına mane olduqlarını iddia edərək, ona qarşı sanksiyaların tətbiqinə başlayıblar. İran Qərbin getdikcə təsirini itirdiyi Afrika qitəsində möhkəmlənmək və iqtisadi imkanlarını artırmağı hədəfləyir. Bu çərçivədə təxminən 11 ildən sonra ilk dəfə Afrikaya səfər edən İran prezidenti İbrahim Rəisinin Keniya, Uqanda və Zimbabve səfəri qeydə alınıb. Texniki və elmi ekspertiza, xüsusilə neft-kimya və nüvə sahələrində əməkdaşlıq vədləri ilə getdiyi bu üç ölkədə Qərbin Afrikanın təbii ehtiyatlarının istismarını tənqid edir və İranın səmimi və etibarlı dost olduğu təsəvvürünü yaratmağa çalışır. Demək olar ki, Qərbin sanksiyalarına məruz qalan Zimbabve, əməkdaşlıq etdikləri aktyorları şaxələndirməyə çalışan Keniya və Uqanda İranın yeni əməkdaşlıq istəklərinə “yaşıl işıq” yandırır.
Professor əmindir ki, artan qlobal rəqabətin gücləndiyi müasir dünyada Afrika mühüm cazibə və rəqabət mərkəzlərindən biri kimi meydana çıxır:
“Qərb aktyorlarının tarixi təsirlərini itirməyə başladığı qitəyə - qlobal arenada nüfuzlarını artırmağa çalışan Rusiya, Çin, İran, Hindistan və Braziliya kimi aktyorlar daxil oldu. Yeni güclər yeni təşəbbüsləri ilə həm Qərblə, həm də öz aralarında rəqabətə girirlər. Bu rəqabət mühiti Afrika üçün müxtəlif nəticələr yaratmağa qadirdir. İlk növbədə yeni güclərin meydana çıxması Afrika liderlərinin qitədə alver gücünün artırılması, bununla da qitənin iqtisadi inkişafına töhfə verməsi baxımından müsbət nəticələr yaradacaq. Lakin digər tərəfdən bir çox aktorların qitədə təsir imkanlarını artırmaq cəhdləri zaman-zaman siyasi və hərbi sahədə mənfi nəticələrə gətirib çıxara bilər. Məsələn, bir Afrika dövlətinə təsir etmək istəyən müxtəlif xarici aktorlar ölkə daxilində müxtəlif güc mərkəzlərini dəstəkləyə bilər, daxili siyasətdə böhran və xaosa səbəb olur. Bu, dolayısı ilə qitədə avtoritar rejimlərin və qeyri-sabit hökumətlərin formalaşmasına gətirib çıxarır. Bundan əlavə, xarici gücclər yerli əməkdaşlıq şəbəkələri ilə Afrikada qeyri-qanuni cinayət və terror təşkilatlarını gücləndirə bilərlər. Nəhayət, demək olar ki, yerli dinamikanın nəzərə alınmadığı, afrikalıların maraqlarının istisna edildiyi yeni əməkdaşlıq qitə dövlətlərinin inkişafını və iqtisadi problemlərini xronikaləşdırə bilər”.
E. KAMAL
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:34
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
Bu gün, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
Bu gün, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib
29-05-2025, 16:02
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
29-05-2025, 15:21
Yeni dünya müharibəsi qaçılmazdır - Sorğu
29-05-2025, 13:41
İlham Əliyev iş adamlarını qəbul edib - Fotolar