Altı yaşlı qızı zorlamaq üçün qaçıran şəxs edam olunub - Foto
Tarix: 02-08-2023 13:46 | Bölmə: Slayd
Altı yaşlı qızı zorlamaq üçün qaçıran şəxs edam olunub

2002-ci ildə ABŞ-ın Missuri ştatında Conni Conson 6 yaşlı Keysi Uilyamsonu qaçırmışdı. Keysin atası Ernie Uilyamson səhər saat 7-dən əvvəl yuxudan oyananda qızı evdə gecələyən 24 yaşlı Conni Consonla qonaq otağında olublar. Tualetə gedən Ernie qonaq otağına qayıtdıqda Keysi və Consonun evi tərk etdiklərini görüb. Keysin valideynləri Ernie və Angie Uilyamson dərhal polisə zəng edərək qızlarının itdiyini bildiriblər.

Reyting.az
xəbər verir ki, FTB, polis və könüllülərin iştirak etdiyi axtarışlar zamanı balaca Keysin cəsədi evindən 2 kilometr aralıdakı çuxurda tapılıb.

Conson qızın qəza nəticəsində öldüyünü və onu basdırdığını iddia edib. Amma saatlar sonra Conson 6 yaşlı uşağı cinsi istismara görə qaçırdığını bildirib.

Bundan sonra Conson ittihamlar əsasında ölüm cəzası ilə üzləşib. Vəkillər 45 yaşlı Consonun xəstəliyini əsas gətirərək edam qərarının ləğvini tələb ediblər. Amma bunun nəticəsi olmayıb.

Conson dünən yerli vaxtla saat 18.33-də öldürücü inyeksiya ilə edam edilib. Edamın bir hissəsi olaraq Consonun bədəninə ölümcül pentobarbital dozası vurulub.



Şizofreniya xəstəliyindən əziyyət çəkən Conson edamından saatlar əvvəl dərc edilmiş əlyazmasında peşman olduğunu yazıb: “Allah qorusun. Mən incitdiyim insanlardan və ailədən üzr istəyirəm”.

Conson edam otağında kürəyi üstə uzanaraq boynuna qədər mələfə salıb. Edam başlamazdan əvvəl o, məsləhətçisini dinləyirmiş kimi başını sola çevirib. Daha sonra o, heç bir fiziki reaksiya vermədən gözlərini yumaraq irəli baxmağa başlayıb.

Consonun edamının şahidləri arasında qızın ailəsinin bir neçə üzvü və onun işinə rəhbərlik edən keçmiş prokuror və polis müstəntiqi də olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər