Araik Arutunyan rusların helikopterində Qarabağdan qaça bilər - Politoloq
Tarix: 04-08-2023 12:46 | Bölmə: Slayd
Araik Arutunyan rusların helikopterində Qarabağdan qaça bilər

“Separatçıların lideri Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ermənistandakı və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona izah etdilər ki, indi “istefa” verməsin, çünki bununla vəziyyət daha çox Azərbaycanın xeyrinə dəyişəcək”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycanın Xankəndi şəhərindəki separatçıların fəaliyyətindən danışarkən deyib.

Politoloq bildirib ki, Araik Arutunyana verilən bu “tövsiyə”nin üstündən 3 ilə yaxın vaxt keçib: “Artıq Arutunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu mümkün də deyil, halqa onun üçün daralmaqdadır”.

E. Şahinoğlunun fikrincə, A. Arutunyan qaçmaq istəsə, Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər:

“Arutunyanın Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi onun son “güllələridir”.

Politoloq əlavə edib ki, Ermənistandan əli üzülən Arutunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər