18:45 / 10-06-2025
Ölkəmizdə 3 gün iş olmayacaq
18:34 / 10-06-2025
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
18:33 / 10-06-2025
Kennedi 17 nəfəri işdən çıxarıb
18:23 / 10-06-2025
Mayın 11-də keçirilən imtahanların nəticələri elan edilib
18:02 / 10-06-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:48 / 10-06-2025
"Sity Net" "Jurnalistlərin binası"nda narazlıq yaradıb
17:32 / 10-06-2025
Misir Mərdanov xəstəxanaya yerləşdirilib
17:23 / 10-06-2025
Azərbaycan XİN Avstriya xalqına başsağlığı verib
17:18 / 10-06-2025
Erməniləri dini liderin müdafiəsinə çağırırlar
16:32 / 10-06-2025
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
16:19 / 10-06-2025
Lənkəranda 73 yaşlı qadını aldadıblar
15:59 / 10-06-2025
İlham Əliyev Polşanın yeni prezidentinə məktub göndərib
15:58 / 10-06-2025
Azərbaycan və Çin vətəndaşları vizadan azad edilib
15:56 / 10-06-2025
Prezident hərbçilərlə bağlı qanunu təsdiqləyib
15:30 / 10-06-2025
Şəmkirdə əməliyyat: saxlanılanlar var
15:02 / 10-06-2025
Qaz təchizatı sahəsində qanun dəyişir - Detallar
15:01 / 10-06-2025
Yazıçı və kəşfiyyatçı vəfat edib
14:50 / 10-06-2025
Suriyadan gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
14:35 / 10-06-2025
Lukaşenko “Belarusfilm”i kəskin tənqid edib
14:28 / 10-06-2025
Qarabağ zonasında daha 889.2 hektar ərazi minalardan təmizlənib
14:09 / 10-06-2025
Prezident Gömrük Komitəsinin yeni binasının açılışında iştirak edib
13:54 / 10-06-2025
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
13:40 / 10-06-2025
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd olunacaq
13:30 / 10-06-2025
İsrail ABŞ silahlarını Ukraynaya göndərib
13:14 / 10-06-2025
Əli Əsədov Özbəkistanda səfərdədir
13:07 / 10-06-2025
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
13:00 / 10-06-2025
Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim başlayıb - Video
12:49 / 10-06-2025
Keçmiş icra başçısının əmlakları ilə bağlı qərar verilib
12:46 / 10-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:41 / 10-06-2025
Kral III Çarlz sağalmaz xəstəliyə düçar olub
10:11 / 06-06-2025

20:08 / 05-06-2025

00:01 / 06-06-2025

10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:07 / 06-06-2025

18:49 / 05-06-2025

13:11 / 06-06-2025

09:56 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

İranda “Birinci xanım” qovğası: İbrahim Rəisinin xanımı bu ada iddialıdır
Tarix: 08-08-2023 12:22 | Bölmə: Slayd

İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Aləmül-Hudanın əvvəlki prezidentlərin xanımlarından fərqli olaraq siyasi və ictimai sahədə fəal olmaq cəhdi müxtəlif müzakirələrə səbəb olub. Əvvəlki prezidentlərin xanımları, ümumiyyətlə, siyasətdən uzaqlaşaraq, daha ənənəvi anlayışla “mərhəmətli həyat yoldaşı və ana” rolunu öz üzərlərinə götürsələr də, Aləmül-Huda bu ənənəvi anlayışdan qurtularaq özü üçün güclü qadın obrazı yaratmağa çalışır və siyasi səhnədə təsirli hərəkətlər edir.
Reyting.az xəbər verir ki, bu barədə “İRAM Center” yazıb.
Təhlildə qeyd olunur ki, əslində Aləmül-Huda görünməmiş şəkildə ictimaiyyətdə “birinci xanım” kimi tanınmağa başlayıb:
“Birinci xanım” adının İranda heç bir hüquqi mənası yoxdur. Amma Aləmül-Hudanın İran siyasi ədəbiyyatında işlədilməyən bu titulla güclü qadın obrazı uğrunda səylərinin bəhrə verdiyi sübut olunur. İş o yerə çatıb ki, Aləmül-Hudanın nazir təyin olunana qədər dövlət işlərində nüfuz sahibi, Ayətullah Əli Xameneinin isə bu vəziyyətdən narazı olduğu iddia edilir.
Cemilə Aləmül-Huda kimdir?
1965-ci ildə Məşhəddə anadan olan Aləmül-Huda 1983-cü ildə hələ 18 yaşında olarkən İbrahim Rəisi ilə evlənib, Reyhan və Məryəm adlı iki qızı var.
O, 2001-ci ildə Terbiyət-i Müderris Universitetində fəlsəfəsi üzrə doktorluq dərəcəsi alıb. Hazırda Şəhid Beheşti Universitetinin Tədris Elmləri Bölməsinin müəllimi və Mədəni İnqilab Ali Şurası Katibliyi tərkibində Təhsil və Təlim Komissiyasının rəhbəridir. Müəllif hüquqları ilə qorunan əsəri dəfələrlə mükafatlandırılıb. Bunlardan biri – “İslam təhsili və tədrisi nəzəriyyəsi” adlı kitabının 2009-cu ildə Mədəniyyət və İslami İrşad Nazirliyi tərəfindən ilin kitabı seçilməsidir.
Cemilə Aləmül-Huda Vəliyyi-fəqihin Xorasan-Rəzəvi və Məşhəd üzrə imam-cüməsi Əhməd Aləmül-Hudanın qızıdır. Son dərəcə radikal profilə malik olan atası İranda çox aktiv siyasi təsirə malikdir.
Eks-prezident xanımlarının siyasi fəaliyyətləri
İranda prezident xanımlarının fəal siyasi iştirakı bir yana, əksər hallarda mediada görünməsi belə qeyri-adidir. Xamneyinin həyat yoldaşı Mənsurə Xocəstə Baqirzadə nə ərinin prezidentliyi dövründə, nə də onun inqilabi rəhbərliyi dövründə ictimai sahədə gündəmə gəlməyib.
Həsən Ruhaninin xanımı Ərəbi haqqında demək olar ki, heç bir məlumat yoxdur.
Məhəmməd Xatəminin xanımı Zöhrə Sadeqi ərinin bəzi səfərlərində onu müşayiət etsə də, siyasi fəaliyyətlə məşğul olmayıb, daha çox ictimai fəaliyyəti ilə tanınıb.
İranın ilk prezidenti Əbülhhəsən Bənisədrin xanımı Əzra Hüseyninin ərinin prezident olduğu dövrə aid heç bir şəkli yoxdur.
Məhəmməd Əli Rəcainin həyat yoldaşı Atiqə Sadeqi (Puran Rəcai) ərinin ölümündən sonra millət vəkili olub.
İranın keçmiş prezidentlərinin xanımları arasında ən ciddi siyasi aksiyaya imza atan şəxs həyat yoldaşının prezident olduğu illərdə Tehranla Ər-Riyad arasında körpü olduğunu deyən Əkbər Haşimi Rəfsəncaninin həyat yoldaşı İffət Şəriətidir. O, 2006-cı ildə İran adından Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında olub və ərəb dilində “İranda İslam və İnsan Haqları” mövzusunda çıxış edib.
Rəfsəncani xatirələrində həyat yoldaşının onun həyatında və qərarlarında mühüm rol oynadığını göstərən çoxsaylı sitatlar qeyd edir.
Mahmud Əhmədinejadın həyat yoldaşı Əzəm əs-Sadat Fərahi zəif də olsa, fəal olan prezident xanımlarından biridir. O, Əhmədinejadı bir çox daxili və beynəlxalq səfərlərdə müşayiət edib, əyalət səfərləri zamanı yardım təşkilatlarına baş çəkib. Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarəkə məktub yazaraq ondan Fələstin xalqına kömək etməsini istəməsi siyasi addımlarından biridir.
Aləmül-Hudanın təsirinin artması
Aləmül-Hudanın siyasi fəaliyyəti və tez-tez adı çəkilən “Birinci xanım” rolunu özünə həvalə etmək səyləri 2017 və 2021-ci il prezident seçkilərində əri Rəisinin təbliğat prosesinə gedib çıxır. Bu müddət ərzində o, təkcə məclislərdə iştirak etməklə kifayətlənməyib, həm də ərinin seçki kampaniyasını aparan məsul şəxsləri idarə edib.
İctimai sahədə qadın hüquqlarının müdafiəsini öz üzərinə götürən Aləmül-Huda, Rəis hökumətinin qurulmasından sonra pərdəarxası kabinetin formalaşmasında mühüm rol oynayıb.
2023-cü ilin yanvarında keçirilən 1-ci Beynəlxalq Nüfuzlu Qadınlar Konqresində Aləmül-Huda "Prezidentin xanımı" əvəzinə "İranın Birinci xanımı" kimi təqdim edildi. Bundan əlavə, ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın xatirələrini yazdığı kitabı tərifləməsi, özünün bənzər kitab yazmaq istəyini ifadə etməsi və Rəisinin bu fikri dəstəkləməsi iddiası Aləmül-Hudanın təsirli birinci xanım olmaq səylərindən biri kimi qəbul edilə bilər.
Aləmül-Hudanın bu şəkildə xatırlanması bir çox dairələrdə reaksiyalara səbəb olub. Bu çevrələrdən biri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiandır. O, “Birinci xanım” ünvanının Xamneyinin həyat yoldaşı üçün istifadə edilə biləcəyini vurğulayıb.
Əvvəlki prezidentlərin arvadlarından fərqli olaraq, Aləmül-Huda öz rəhbəri ilə birlikdə rəsmi mərasimlərdə iştirak edir, həmçinin həyat yoldaşından asılı olmayaraq, səfərlərdə olur və dövlət başçılarının həyat yoldaşlarını qonaq edir. Hətta İbrahim Rəisinin Latın Amerikası ölkələrinə 5 günlük səfəri zamanı ərini müşayiət edib. Onun üçün hətta salamlama protokolu da təşkil olunub. Səfər zamanı o, siyasi nizamın siyasətini və İranın qadınlara münasibətini dəstəkləyən diskurslardan ibarət müsahibə verib və bu müsahibə böyük təsir bağışlayıb. Müsahibədə “Tarixdə bizi monqollar, türklər, ərəblər işğal edib, amma heç biri mədəniyyətimizi dəyişməyib”,- deməsi isə narazılığa səbəb olub.
Aləmül-Hudanın yaratmaq istədiyi aktiv qadın obrazı siyasi sistemdə birmənalı qarşılanmır. Əslində, İngiltərədə fəaliyyət göstərən “Amwaj Media” mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq, Xamneyini Aləmül-Hudanın siyasi fəaliyyətlərə və dövlət işlərinə qarışmasından narahat olduğunu, bununla bağlı İbrahim Rəisiyə xəbərdarlıq etdiyini bildirir.
“Amwaj Media”nın mühafizəkar fiqur kimi istinad etdiyi mənbə xəbərdarlığa baxmayaraq, təsirini davam etdirdiyini iddia edir.
İranda “Birinci xanım” titulu reallaşa bilərmi?
İranda “Birinci xanım” tituluna daha çox Qərb ölkələrində patriarxal siyasi dünyanın məhsulu kimi baxılır. Bu yanaşmaya görə, Şərq ölkələrində dövlət başçısının arvadına çox vaxt sultan və ya kraliça kimi titullarla müraciət edilir. Titul daşıyan qadınlar, ümumiyyətlə, sosial sahələrdə fəaliyyət göstərsələr də, siyasi arenada aktiv rol oynamırlar.
İranda, Pəhləvilər hakimiyyətinin son dövrlərində şahların arvadlarının “Şahbanu” titulu ilə mühüm ictimai rol oynadığı, lakin bu rolun siyasi cəhətdən həlledici təsiri olmadığı görülür. İnqilabdan sonra İranda dövlət başçısının həyat yoldaşına aid edilən bu rol tamamilə dayandırıldı. O, zaman-zaman gündəmə gəlsə də, Rəisi dövrünə qədər “Birinci xanım” titulundan istifadə edilməyib.
Cəmilə Aləmül-Hudanın əri ilə yanaşı atasının təsirli təsirindən istifadə edərək özünə bir rol aid etməyə çalışdığını söyləmək olar. O, mediadan, siyasətdən uzaq qalmaq ənənələrini qırmağa çalışır. Fakt budur ki, bu səy imam-cümə olan atasının dünyagörüşü ilə tam üst-üstə düşmür. Ancaq kürəkən və qızının sistemdə təsirini artırması onun da təsirini artırması deməkdir.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:34
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
Bu gün, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
Bu gün, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib
29-05-2025, 16:02
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
29-05-2025, 15:21
Yeni dünya müharibəsi qaçılmazdır - Sorğu
29-05-2025, 13:41
İlham Əliyev iş adamlarını qəbul edib - Fotolar