Rusiya neftinə əsas alıcını tapıb
Tarix: 09-08-2023 12:41 | Bölmə: Slayd
Rusiya neftinə əsas alıcını tapıb

Ukraynaya təcavüzlə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyalar fonunda 2023-cü ilin yanvar-may aylarında Kreml Hindistana neft tədarükünü 37 milyon tona çatdırıb. Bu da əvvəlki dövrlə müqayisədə təxminən 11 dəfə çoxdur.

Reyting.az
Hindistan Sənaye və Ticarət Nazirliyinin statistikasına istinadla bildirir ki, Hindistan 2022-ci il ərzində 33,4 milyon ton Rusiya nefti idxal edib.

Hindistana xammal tədarükünə görə ikinci yerdə (beş ayda) 21,4 milyon ton neft ixrac edən İraqdır.

İraqdan sonrakı yerdə Səudiyyə Ərəbistanıdır - 17,5 milyon ton idxalla.

Bununla yanaşı, ekspertlər Hindistan üçün Rusiya neftinin qiymətinin endirildiyini bildirirlər: iyun ayında Ural neftinin bir barrelinin dəyəri - yükdaşıma xərcləri nəzərə alınmaqla, cari ilin may ayı ilə müqayisədə 3 faiz azalaraq 68,17 dollar təşkil edib.

Xatırladaq ki, may ayında Rusiya neftinin bir barreli Yeni Dehli üçün 70,17 dollara, bir il əvvəl isə 100,48 dollara başa gəlib.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, iyunda “Urals”-ın orta qiyməti 55,28 dollar təşkil edib ki, bu da 2022-ci ilin iyun ayı ilə müqayisədə (87,25 dollar) 1,6 dəfə azdır.

Avropa sanksiyaların bir hissəsi olaraq Moskvadan tədarükdən imtina etdikdən sonra 8 mart 2023-cü il tarixindən etibarən Rusiya Hindistanın aparıcı neft tədarükçüsünə çevrilib. Məlumata görə, Hindistan tərəfindən Rusiya neftinin alınması üzrə sövdələşmələr yüz milyonlarla dollara bərabərdir. 11 mart 2023-cü il tarixinə Rusiya 18-ci yerdən dördüncü yerə yüksələrək Hindistanın əsas idxalçısına çevrilib.

Onu da qeyd edək ki, 2022-ci ilin noyabr ayı ilə müqayisədə Hindistana neft tədarükü 24 faiz artıb.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər