Erkən ölümdən qaçmağın yolu çox qısadır
Tarix: 09-08-2023 16:53 | Bölmə: Slayd
Erkən ölümdən qaçmağın yolu çox qısadır

İnsanın sağlam və şux qalması üçün gündə 10 min addım atmağın vacib olduğu deyilsə də, yeni bir araşdırma bunun üçün 5 minə yaxın addımın kifayət edəcəyini ortaya çıxarıb.

Reyting.az
xəbər verir ki, 226 000-dən çox insan üzərində aparılan təhlilin nəticəsinə görə, vaxtından əvvəl ölüm riskini azaltmağa başlamaq üçün gündə 4 min addım atmaq da kifayətdir.

Araşdırmaya görə, 2300-dən çox addım ürək və qan damarlarına fayda verir. 4 mindən çox addım, 20 min addıma qədər atılan hər əlavə 1000 addım isə vaxtından əvvəl ölüm riskini 15 faiz azaldır.

Tədqiqatçıların fikrincə, nə qədər çox addım atılsa, bir o qədər sağlam nəticələr əldə etmək mümkündür.

Polşanın Lodz Tibb Universitetinin və ABŞ-ın Con Hopkins Universitetinin Tibb fakültəsinin komandaları belə qənaətə gəliblər ki, yeriməyin faydaları - harada yaşamasından asılı olmayaraq, bütün cinslərə və yaş qruplarına aiddir. Amma ən böyük faydası 60 yaşdan aşağı olanlar üçündür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qeyri-kafi fiziki fəaliyyət hər il 3,2 milyon insanın ölümünə səbəb olur. Bu, dünyada ən çox görülən dördüncü ölüm səbəbidir.

“Populyat fitness” şirkətinin məşqçisi Honey Fine çox oturmağın yaratdığı problemlərdən danışıb: “Bu, maddələr mübadiləsini yavaşlada, əzələlərin gücünə təsir edə və ağrıya səbəb ola bilər. Eyni zamanda çox oturmaq da insan sağlamlığına zərərdir: beldə müxtəlif problemlərə səbəb olur. Bunu tez-tez ofis işləri ilə məşğul olan insanlarda görürük. Onların kürəyi daim stresli və sıxılmış vəziyyətdə olur ki, bu da sonrakı həyatda daha çox problem yaradır. Ayaqda durmaq, alış-veriş çantalarını daşımaq, döşəmələri silmək, tozsoran işlətmək və s. kimi hərəkətlər bizi daha aktivləşdirir və kaloriləri daha səmərəli şəkildə yandırmağa kömək edən kiçik şeylərdir”.

Honey Fine müntəzəm gəzintiləri həyatımıza daxil etməyin çətin ola biləcəyini etiraf etsə də, bunun sağlamlıq üçün çox vacib təsirləri olduğunu bildirir:

“Gəzinti qan təzyiqini aşağı salır, sümükləri qorumaq üçün əzələləri gücləndirir, enerji səviyyəsini artırır və endorfinləri yükləyərək insanın özünü yaxşı hiss etməsinə səbəb olur”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər