Paşinyan əsassız ittihamlarını davam etdirir
Tarix: 11-08-2023 16:19 | Bölmə: Slayd
Paşinyan əsassız ittihamlarını davam etdirir

“Ermənistan sülh gündəliyinə sadiqliyini təsdiqləməkdə davam edir və rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti ləğv etməyə yönəlmiş addımlardan çəkinməyə çağırır”.

Reyting.az
xəbər verir ki, belə sərsəm bəyanatla Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Ermənistan hökumətinin bu gün keçirilən iclasında N. Paşinyan deyib:

“Qarabağdakı vəziyyətin ən yaxşı həlli Azərbaycanın Laçın dəhlizinin blokadasının götürülməsi, beynəlxalq mexanizm çərçivəsində Xankəndi-Bakı dialoqunun başlanmasıdır. Ermənistan da öz növbəsində sülh gündəliyinə sadiqliyini təsdiqləməkdə davam edir və rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti ləğv etməyə yönəlmiş addımlardan çəkinməyə çağırır”.

Heç bir böhran olmasa da, Paşinyan iddia edir ki, Qarabağda “humanitar böhran” dərinləşməkdə və genişlənməkdədir. “2022-ci ilin dekabr ayından Azərbaycan Laçın dəhlizindən Qarabağa kommersiya tədarükünü qadağan edib, yəni Qarabağda fəaliyyət göstərən mağaza və apteklərdə 2022-ci ilin dekabr ayından etibarən öz məhsul çeşidinin xarici təchizatı yoxdur. 2023-cü il iyunun 15-dən Azərbaycan da Qarabağa humanitar yüklərin, o cümlədən BQXK vasitəsilə çatdırılmasını əngəlləyib. Bu il iyulun 26-da Ermənistan hökumət komissiyası Qarabağa humanitar yüklərin göndərilməsi barədə qərar qəbul edib və 19 yük maşını hələ də Laçın dəhlizinin yaxınlığında dayanıb”.

Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar bir daha göstərir ki, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı deyil və qeyri-müəyyən vəziyyətin davam etməsini istəyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər