Ermənilər Xocavənddə təxribat törədib
Tarix: 12-08-2023 18:39 | Bölmə: Slayd
Ermənilər Xocavənddə təxribat törədib

Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, bölmələrimiz qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.




Bölməyə aid digər xəbərlər