07:23 / 11-06-2025
Türkiyə yığması Meksikaya məğlub olub
18:45 / 10-06-2025
Ölkəmizdə 3 gün iş olmayacaq
18:34 / 10-06-2025
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
18:33 / 10-06-2025
Kennedi 17 nəfəri işdən çıxarıb
18:23 / 10-06-2025
Mayın 11-də keçirilən imtahanların nəticələri elan edilib
18:02 / 10-06-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:48 / 10-06-2025
"Sity Net" "Jurnalistlərin binası"nda narazlıq yaradıb
17:32 / 10-06-2025
Misir Mərdanov xəstəxanaya yerləşdirilib
17:23 / 10-06-2025
Azərbaycan XİN Avstriya xalqına başsağlığı verib
17:18 / 10-06-2025
Erməniləri dini liderin müdafiəsinə çağırırlar
16:32 / 10-06-2025
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
16:19 / 10-06-2025
Lənkəranda 73 yaşlı qadını aldadıblar
15:59 / 10-06-2025
İlham Əliyev Polşanın yeni prezidentinə məktub göndərib
15:58 / 10-06-2025
Azərbaycan və Çin vətəndaşları vizadan azad edilib
15:56 / 10-06-2025
Prezident hərbçilərlə bağlı qanunu təsdiqləyib
15:30 / 10-06-2025
Şəmkirdə əməliyyat: saxlanılanlar var
15:02 / 10-06-2025
Qaz təchizatı sahəsində qanun dəyişir - Detallar
15:01 / 10-06-2025
Yazıçı və kəşfiyyatçı vəfat edib
14:50 / 10-06-2025
Suriyadan gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
14:35 / 10-06-2025
Lukaşenko “Belarusfilm”i kəskin tənqid edib
14:28 / 10-06-2025
Qarabağ zonasında daha 889.2 hektar ərazi minalardan təmizlənib
14:09 / 10-06-2025
Prezident Gömrük Komitəsinin yeni binasının açılışında iştirak edib
13:54 / 10-06-2025
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
13:40 / 10-06-2025
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd olunacaq
13:30 / 10-06-2025
İsrail ABŞ silahlarını Ukraynaya göndərib
13:14 / 10-06-2025
Əli Əsədov Özbəkistanda səfərdədir
13:07 / 10-06-2025
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
13:00 / 10-06-2025
Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim başlayıb - Video
12:49 / 10-06-2025
Keçmiş icra başçısının əmlakları ilə bağlı qərar verilib
12:46 / 10-06-2025
Sabahın hava proqnozu açıqlanıb
10:11 / 06-06-2025

10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:07 / 06-06-2025

13:11 / 06-06-2025

09:56 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

09:12 / 06-06-2025

11:12 / 07-06-2025

11:43 / 07-06-2025

Qəbri açılan hökmdarın lənəti böyük faciələrə səbəb olub
Tarix: 13-08-2023 14:25 | Bölmə: Slayd

21 iyun 1941-ci ildə Özbəkistanda heç kimin istəmədiyi bir hadisə baş verir -Orta Asiyanın ən güclü hökmdarlarından olan Əmir Teymurun məzarının açılması məqsədilə araşdırma başlayırlar. Bundan sonra baş verənlər Teymurun lənəti ola bilərdimi?
Reyting.az bütün dünyayan böyük təsir göstərən bu məsələnin təfərrüatlarını təqdim edir:
Türklər tarix boyu böyük hökmdarların şahidi olublar və bu hökmdarlar tarixə öz damğalarını vura biliblər. Atilladan Mete Xana, Alp Arslandan Fatehə qədər bir çox hökmdarlar dünyada məşhurlaşıblar. Bu sırada türk hökmdarlarından olan və Orta Asiyaya hökm edən Əmir Teymuru da unutmaq olmaz. 1336-cı ildə Özbəkistanın Keş şəhərinin Hacı İlqar kəndində anadan olan Teymurun anası Təkinə xanımın mənşəyi, şayiələrə görə Çingiz xana gedib çıxır.
Teymur doğulanda Çağatay xanlığı dağılmaq üzrə idi, bölgəni qəbilə başçıları idarə edirdi. Teymur 1360-cı ildə adını tarix səhifəsinə yazdırmaq üçün addımlar atır, Çağatay və Monqol qarşıdurmalarında fəallıq göstərir. O, gəncliyində mübarizə zamanı qolundan və sağ ayağından aldığı zədə səbəbindən axsayırdı və buna görə çoxları ona Topal Teymur deyirdi. Buna baxmayaraq, o, bölgədəki qarışıqlıqdan öz xeyrinə istifadə etməyi bacarır. Dehlidən Moskvaya, Çindən İzmirə qədər yürüşlərdə yaxşı əsgər və strateji dahi olduğunu göstərir.

Teymurun hərbi dühasına nümunə göstərilə biləcək ən təsirli yürüşlərdən biri də Hindistana olub. Bu səfərdə Dehli valisi Mahmur hind əsgərləri ilə birlikdə müdafiəyə çəkilib və Teymura qarşı fillərdən istifadə edib. Səhəri günü hindlilər Əmir Teymurun dəvələrdən istifadə edən ordusuna məğlub olur.
Türkiyə tarixində Teymur ən çox Yıldırım Bayezidlə apardığı Ankara döyüşü ilə yadda qalıb. Anadoluya səfər təşkil edən Teymur osmanlıları məğlub edib.
Tarixdə bir çox səfərlər təşkil edərək adını bütün dünyaya tanıdan Teymur 71 yaşında Çinə yürüşü zamanı xəstələnib və 1405-ci il yanvarın 19-da vəfat edib. Onun məzarı Səmərqənddədir.
Teymurun ölümündən əsrlər sonra 1922-ci ildə qurulan Sovet İttifaqı 1941-ci ildə qəfildən Əmir Teymuru “yada salır” və onun məzarını araşdırmağa başlayırlar. Əslində Sovet İttifaqı Teymurun məzarını bərpa etməklə xalqla əlaqələrini gücləndirməyi düşünürdü. 1941-ci ilin iyununda tədqiqatçılar böyük maraqla Teymurun məzarını açmağa cəhd edirlər. Bu vəziyyət bir çox möcüzələri və qorxulu anları üzə çıxarır. Xalq arasında yayılmış inanca görə, Teymurun məzarının açılması çoxlu fəlakətlər gətirərdi. Hətta kitabələrdə də keçən rəvayətlərə görə, Teymurun məzarının açılması dünyanın sonu ola bilərdi.
Teymurun məzar daşında “Mən diriləndə dünya titrəyəcək”,- yazılıbmış.
İkinci kitabə onun qəbrinin içində idi. Məzarın içində “Mənim məzarımı narahat edən hər kəs məndən daha dəhşətli bir işğalçı yaradacaq”,- yazılıbmış.
Amma bunların sadəcə, bir mif olduğu fikri ilə hərəkət edən Sovet İttifaqı Özbəkistan rəhbəri Usman Yusupovun nəzarəti altında işləməyə başlayır. Qazıntılar zamanı ümumilikdə 5 qəbirə baxış keçirilir. Bunlar Əmir Teymur, oğulları - Şahruh və Miranşah, nəvələri -Uluqbəy və Məhəmməd Sultanın məzarı olub.
Məlumata görə, skelet 1,70 metr boyunda, yaxşı formada, bədəninin müəyyən yerlərində çapıqlar olan, sağ ayağının sümükləri digərindən nazik və qısa olan şəxsə məxsusdur. Bu, Əmir Teymurun məzarı imiş.
Hökmdarın məzarı zirzəminin tam ortasında yerləşirdi. Türbənin kənarları diqqətlə yazılmış misralarla işlənmişdi. Sarkofaq və qəbir üzlükləri bir-bir çıxarılıb, daşlar açıldıqca ətrafa xoş bir qoxu yayılır. Yayılan qoxu çox güclü olduğundan qısa müddətə ətrafı bürüyür.
Bu prosesdə iştirak edən antropoloq Gerasimov deyib ki, qısa müddətdə bu xoş ətir bütün zirzəmiyə və ətrafa yayılır.
Aparılan araşdırmalar nəticəsində buna müşk və kəhrəba qoxularının, həmçinin orqanizmin yuyulması zamanı çürüməni gecikdirən maddələrin səbəb olduğu məlum olub.
Cəsəd islam qaydalarına uyğun olaraq qibləyə baxırmış.
Lakin özbəklər bu vəziyyətdən heç də razı deyildilər. Araşdırmanın hər anında onlar alimlərə müxtəlif xəbərdarlıqlar ediblər. Çünki özbək xalqına görə, gec-tez Teymurun lənəti onları tapacaqdı. İnsanlar belə bir hərəkətin bəla və faciələr gətirəcəyini deyirmişlər.

Maraqlıdır ki, Teymurun qəbri açıldıqdan bir gün sonra II İkinci Dünya Müharibəsi başlayır, alman tankları iyunun 22-də şərq cəbhəsindən Sovet sərhəddini keçir. Xalqın dediyinə görə, bu, Teymurun lənəti idi və hərəkətə keçmişdi. Bu lənət 10 milyonlarla insanın həyatına son qoyur, çox sayda insanın əlil olması ilə nəticələnir.
Türbə açıldıqdan sonra 19-20 noyabr 1942-ci ildə Teymur üçün daha bir dəfn mərasimi keçirilir. Maraqlıdır ki, həmin gün Rusiyanın Stalinqrad şəhərində ən mühüm döyüşlər baş verir: sovet qoşunları müharibənin gedişatını dəyişdirən əks hücuma keçir.
ELÇİN
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 18:34
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
Dünən, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib
29-05-2025, 16:02
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
29-05-2025, 15:21
Yeni dünya müharibəsi qaçılmazdır - Sorğu
29-05-2025, 13:41
İlham Əliyev iş adamlarını qəbul edib - Fotolar