Ordumuzun mövqeləri yenidən atəşə tutulub
Tarix: 13-08-2023 19:20 | Bölmə: Slayd
Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Bölmələrimiz qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görüb.




Bölməyə aid digər xəbərlər