Dünyanı bürüyən anomal istilərin səbəbi məlum olub
Tarix: 14-08-2023 14:52 | Bölmə: Slayd
Dünyanı bürüyən anomal istilərin səbəbi məlum olub

Bu il müşahidə edilən qeyri-adi temperatur anomaliyalarının səbəbi 2022-ci ilin yanvarında Polineziyadakı Hunqa Tonqa-Hunqa Hapai sualtı vulkanının nəticəsi ola bilər.

Reyting.az
-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədqiqatçılar belə qənaətə gəliblər.

Mütəxəssislərin fikrincə, püskürmə zamanı vulkan atmosferə bəşər tarixində əvvəllər müşahidə olunmayan külli miqdarda su buxarı buraxıb.

Bundan əlavə, vulkanik küllə müşayiət olunan kükürd dioksidi yerin səthinə qalxıb.

Alimlər iddia edirlər ki, su buxarı termal radiasiyanın güclü uducusudur və onun iqlimə təsiri insan fəaliyyəti nəticəsində yaranan atmosfer çirklənməsi ilə müqayisə edilə bilər.

Modelləşdirmə göstərir ki, bu vulkanın püskürməsinin təsirləri iqlimdə onilliklər ərzində hiss olunacaq, lakin təsir planetin müxtəlif bölgələrində fərqli ola bilər.

Xatırladaq ki, Vulkan püskürməsi 2021-ci il dekabrın 21-də başlayıb və 2022-ci il yanvarın 11-dək davam edib, bundan sonra vulkan sakitləşib və adanın eyni adlı bir hissəsi su altında qalıb. Lakin bir həftə sonra vulkan fəaliyyətini bərpa edib və növbəti gün püskürmənin ən yüksək nöqtəsinə çatıb. Püskürmə zamanı atmosfer təzyiqində kəskin dəyişikliklər qeydə alınıb, yeraltı təkanlar episentrdən minlərlə kilometr məsafədə hiss olunub.

Y. QACAR




Bölməyə aid digər xəbərlər