Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb - Fotolar
Tarix: 15-08-2023 15:14 | Bölmə: Slayd
Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb

Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.

Məlumata görə, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Qeyd edək ki, iyun ayında da Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.








Bölməyə aid digər xəbərlər