ABŞ Rusiyaya PUA tədarükünü dayandırmaq üçün İrana güzəşt təklif edir
Tarix: 16-08-2023 18:37 | Bölmə: Slayd
ABŞ Rusiyaya PUA tədarükünü dayandırmaq üçün İrana güzəşt təklif edir

ABŞ Rusiyaya pilotsuz uçan aparatların (PUA) tədarükünü dayandırmaq müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” ABŞ və İran rəsmiləri arasındakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Vaşinqton Qətər və Omandakı danışıqlarda iki dəfə müvafiq müzakirənin təşəbbüskarı olub.

ABŞ İrandan Rusiyaya təkcə PUA-ların deyil, həm də onlar üçün ehtiyat hissələrinin çatdırılmasını dayandırmağı tələb edir.

İran rəsmisi “Financial Time”ə deyib ki, rəsmi səviyyədə Tehran Rusiya ilə “dron” əməkdaşlığını inkar edir. Bununla belə, Vaşinqton üçün təkcə ritorika kifayət deyil, onlar İrandan “daha konkret addımlar” gözləyirlər.

Birləşmiş Ştatlar həmçinin Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı bərpa etməyə və uranı 60 faizdən yuxarı zənginləşdirməkdən imtinaya çağırır. Bu şərtlər yerinə yetirilərsə, Ağ ev İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcək (istisnalar yalnız insan haqları sahəsinə aiddir) və artıq qəbul edilmiş neft məhdudiyyətlərinə ciddi nəzarət olunmayacaq.

Bundan əvvəl məlum olub ki, “Şahed” kamikadze dronlarının istehsalı üçün Tehran lazım olan ehtiyat hissələrinin ixracına qoyulan qadağaya qarşı sanksiyalardan yan keçməyin yolunu tapıb. Ukraynaya hücumlar üçün Rusiya ordusunu gizli şəkildə təmin edən İran Yaponiya elektronikasının bir sıra hissələrindən plagiat yolla yararlanır. Kəşfiyyat məlumatlarına görə, Ukraynada vurulan İran PUA-larından birində iki belə ehtiyat hissə tapılıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər