Onlayn mənzil satışı təkmilləşdirilməli, köklü dəyişikliklər edilməlidir
Tarix: 22-08-2023 10:34 | Bölmə: Slayd
Onlayn mənzil satışı təkmilləşdirilməli, köklü dəyişikliklər edilməlidir

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən ay baş tutan onlayn satışında əvvəllər müşahidə olunan sistem çökməsi, kiberhücumlar və girişlə bağlı problemlər olmasa da, xeyli narazılıqlar və şikayətlər var. MİDA özü də bu şikayətlərin qəbulu ilə bağlı açıqlama yaymışdı.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz əsas narazılıq və şikayətləri üç cür qruplaşdırıb:

Birinci, sistemə daxil olduqdan sonra mənzil seçimində donmalar.

İkinci, CAPTCHA doldurmadan növbəti mərhələyə keçidin mümkünlüyü.

Üçüncü, CAPTCHA-nın kodlarındakı hansısa rəqəmi seçdikdə real olaraq digər rəqəmin seçildiyinin görsənməsi.

O. Gündüzün sözlərinə görə, indi görünür ki, MİDA əlaqədar qurumlarla birgə araşdırma apardıqdan sonra şikayətçilərə fərdi qaydada cavablar göndərməyə üstünlük verib: “Fikrimcə, bu tip araşdırmanın yekunu ilə bağlı məlumatlar ictimai əhəmiyyət kəsb edir və cəmiyyət üçün maraqlıdır. Bir çox şikayətlər, təqdim olunan materialar ədalətli seçimlə bağlı problemlərin olduğundan şübhələnmək üsün əsaslar yaradırdı. Bəzən isə belə fikirlər səslənirdi ki, sosial mediada yayılan şikayət xarakterli bəzi videolar süni olaraq yaradılır. Düşünürəm ki, MİDA məhz bu baxımdan şikayətlərin və müraciətlərin yekunu olaraq ümumiləşmiş bir rəsmi açıqlama verib, bu sistemə qarşı cəmiyyətdəki narahatlıqlara aydınlıq gətirə bilərdi”.

O. Gündüzün xatırlatmasına görə, MİDA-nın sonuncu satışla bağlı rəsmi statistikasından görsənirdi ki, ilk mənzil seçimi 29-cu saniyədə baş tutub.
Bundan öncəki satışda isə seçim 31-ci saniyədə olub:

“Ümumiyyətlə, düşünürəm ki, MİDA onlayn mənzil satışının təkmilləşdirilməsi, ictimai nəzarət imkanları, şəffaflğın təmin edilməsi, ədaləti seçimin baş tutması və alternativ seçim imkanlarının yaradılması üçün ciddi addımlar atmalı, köklü dəyişikliklər etməlidir".

E. KAMAL




Bölməyə aid digər xəbərlər