Putin soyqırımı ittihamı ilə üz-üzə: işi Beynəlxalq Ədalət Məhkəməsi araşdıracaq
Tarix: 22-08-2023 20:24 | Bölmə: Slayd
Putin soyqırımı ittihamı ilə üz-üzə: işi Beynəlxalq Ədalət Məhkəməsi araşdıracaq

Beynəlxalq Ədalət Məhkəməsi sentyabr ayında Rusiyanın Ukraynaya qarşı soyqırımı iddialarını araşdıracaq. Əvvəlcə Rusiyanın soyqırım işi üzrə məhkəmənin yurisdiksiyasına etirazına dair dinləmələr keçirələcək.

Reyting.az
xəbər verir ki, bu barədə məhkəmənin saytında bildirilir.

Dinləmələr sentyabrın 18-dən 27-dək Haaqada Sülh Sarayında olacaq.

BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya (Ukrayna) uyğun olaraq soyqırım ittihamları ilə bağlı Rusiya Federasiyasının qaldırdığı ilkin etirazlara dair açıq dinləmələr keçirəcək.

Dinləmələr Rusiyanın, daha sonra isə Ukraynanın arqumentləri ilə başlayacaq.

Onu da xatırladaq ki, 17 Mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası Ukraynadakı vəziyyət kontekstində iki nəfərin - Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin və uşaq hüquqları üzrə komissar Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib.

Beynəlxalq Cinayət Məhkəməsi izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər