18:45 / 10-06-2025
Ölkəmizdə 3 gün iş olmayacaq
18:34 / 10-06-2025
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
18:33 / 10-06-2025
Kennedi 17 nəfəri işdən çıxarıb
18:23 / 10-06-2025
Mayın 11-də keçirilən imtahanların nəticələri elan edilib
18:02 / 10-06-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:48 / 10-06-2025
"Sity Net" "Jurnalistlərin binası"nda narazlıq yaradıb
17:32 / 10-06-2025
Misir Mərdanov xəstəxanaya yerləşdirilib
17:23 / 10-06-2025
Azərbaycan XİN Avstriya xalqına başsağlığı verib
17:18 / 10-06-2025
Erməniləri dini liderin müdafiəsinə çağırırlar
16:32 / 10-06-2025
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
16:19 / 10-06-2025
Lənkəranda 73 yaşlı qadını aldadıblar
15:59 / 10-06-2025
İlham Əliyev Polşanın yeni prezidentinə məktub göndərib
15:58 / 10-06-2025
Azərbaycan və Çin vətəndaşları vizadan azad edilib
15:56 / 10-06-2025
Prezident hərbçilərlə bağlı qanunu təsdiqləyib
15:30 / 10-06-2025
Şəmkirdə əməliyyat: saxlanılanlar var
15:02 / 10-06-2025
Qaz təchizatı sahəsində qanun dəyişir - Detallar
15:01 / 10-06-2025
Yazıçı və kəşfiyyatçı vəfat edib
14:50 / 10-06-2025
Suriyadan gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
14:35 / 10-06-2025
Lukaşenko “Belarusfilm”i kəskin tənqid edib
14:28 / 10-06-2025
Qarabağ zonasında daha 889.2 hektar ərazi minalardan təmizlənib
14:09 / 10-06-2025
Prezident Gömrük Komitəsinin yeni binasının açılışında iştirak edib
13:54 / 10-06-2025
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
13:40 / 10-06-2025
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd olunacaq
13:30 / 10-06-2025
İsrail ABŞ silahlarını Ukraynaya göndərib
13:14 / 10-06-2025
Əli Əsədov Özbəkistanda səfərdədir
13:07 / 10-06-2025
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
13:00 / 10-06-2025
Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim başlayıb - Video
12:49 / 10-06-2025
Keçmiş icra başçısının əmlakları ilə bağlı qərar verilib
12:46 / 10-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:41 / 10-06-2025
Kral III Çarlz sağalmaz xəstəliyə düçar olub
10:11 / 06-06-2025

20:08 / 05-06-2025

00:01 / 06-06-2025

10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:07 / 06-06-2025

18:49 / 05-06-2025

13:11 / 06-06-2025

09:56 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

Özbəkistan prezidenti Füzuli rayonuna gəlib - Məktəbin açılışı olub - (Yenilənib)
Tarix: 23-08-2023 18:00 | Bölmə: Slayd

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gəlib.
Reyting.az xəbər verir ki, fəxri qarovul dəstəsinin düzüldüyü və hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
***
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Reyting.az xəbər verir ki, dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət etdilər.
Prezident İlham Əliyev: Salam uşaqlar, necəsiniz?
Uşaqlar: Salam, yaxşıyıq.
Qadın sakin: Xoş gördük, cənab Prezident.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Prezident Şavkat Mirziyoyev: Salaməleyküm.
Qadın sakin: Salam, xoş gəlmisiniz.
Birinci xanım Mehriban Əliyeva: Güllər var, çiçəklər var, salam balalar, salam.
Qadın sakinlər: Salam, xoş gördük, Mehriban xanım.
Prezident İlham Əliyev: Uşaqlar, bu məktəbi mənim qardaşım, hörmətli Şavkat Miromonoviç Füzuli şəhərinə hədiyyə edib. Xahiş edirəm ki, mənim qardaşımı səmimiyyətlə salamlayaq.
Məktəbin direktoru Həcər Mahmudova: Cənab prezidentlər, mən də icazənizlə, Sizi burada olan müəllimlərimiz, şagirdlərimiz, valideynlərimiz adından salamlayıram. Sizləri bu möhtəşəm məktəbdə görməkdən qürur duyuruq. Otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək olar ki, eyni tarixlərdə, - bir gün fərqi var, - buraya qayıtmışam. Bu anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq. Cənab Mirziyoyevdən xahiş edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını öz xalqına, özbək xalqına çatdırsın.
Prezident Şavkat Mirziyoyev: Çox sağ olun.
Həcər Mahmudova: Biz pedaqoji kollektivin üzvləri birlikdə sizləri əmin edirik ki, bu məktəbdə təhsil alacaq şagirdlərin gələcəkdə yüksək bilik-bacarığa, eyni zamanda, milli-mənəvi dəyərlərə sahib bir vətəndaş olaraq yetişməsində var qüvvəmizlə çalışacağıq. Sizə minnətdarıq, bir daha çox sağ olun.
Prezident Şavkat Mirziyoyev: Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Məktəbə Mirzə Uluqbəyin adı verilib.
Həcər Mahmudova: Bəli, Əmir Teymurun nəvəsi.
Prezident İlham Əliyev: Bəli, Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq.
Həcər Mahmudova: Biz buna çalışacağıq. Təşəkkür edirik Özbəkistan Prezidentinə, təşəkkür edirik özbək xalqına, minnətdarıq.
Prezident Şavkat Mirziyoyev: Sağ olun.
x x x
Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
x x x
Prezident İlham Əliyev: Xeyirli, uğurlu olsun.
Prezident Şavkat Mirziyoyev: İnşallah, uğurlu olsun.
Sonra xatirə şəkli çəkildi.
Daha sonra dövlət başçılarına və xanımlarına məktəbdə yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Sonra görülən işlərlə bağlı məktəbin akt zalında videoçarx nümayiş etdirildi.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.
***
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.
Reyting.az xəbər verir ki, sakinləri təbrik edən Prezident İlham Əliyev deyib:
- İlk növbədə, sizi təbrik edirəm, öz vətəninizə xoş gəlmisiniz. Otuz il Vətən həsrəti ilə yaşamış insanlar artıq öz dədə-baba torpağına qayıdıblar və burada yaşayırlar. Beş gün bundan əvvəl birinci qrup Füzuli sakinləri Füzulidə yerləşdi, gözəl evlərdə yerləşdi və bundan sonra burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz.
Mən bu gün əziz qardaşım Şavkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi. Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm.
Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!
x x x
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib:
- Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq.
Bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var. Babamız Əmir Teymurdan başlayan münasibətlərimiz indi də çox yaxşıdır. Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm. Sizlərin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dünya birliyində ildən-ilə nüfuzunu artırır. Görülən işlər gözəl nümunədir və biz bu xəbərləri eşitməkdən, bu möhtəşəm işləri görməkdən ancaq xoşbəxtik.
Bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram.
Bizdə çox gözəl bir məsəl var ki, sevgi gözdədir. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq. Bu, mənim istəyimdir. Mən sizi görməyimdən çox məmnunam. Bundan sonra sizə yalnız sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Sağ və salamat qalın.
x x x
Füzuli rayon sakini Elnur Nərimanzadə deyib: Möhtərəm cənab prezidentlər, Sizi Füzuli şəhərinin sakinləri adından salamlayırıq.
1993-cü il avqustun 23-də, - mənim 3 yaşım var idi, - bu torpaq işğal olundu. Bu gün biz öz doğma yurdumuza qayıtmışıq. Cənab Prezidentimizin göstərişi ilə bu gözəl evlər tikilib, biz bu gözəl evlərə köçmüşük. Hazırda buradayıq, öz torpağımızdayıq, öz yurdumuzdayıq. Buna görə cənab Prezidentimizə təşəkkür edirik.
Bu gün, cənab Prezident Mirziyoyev, Sizə təşəkkür edirik ki, bizim üçün, övladlarımızın təhsil almaları üçün belə gözəl bir məktəb tikdirmisiniz. Çox sağ olun, minnətdarıq.
Prezident Şavkat Mirziyoyev: Sağ olun.
Sakin: Dostluğunuz, qardaşlığınız əbədi olsun! Sizi təbrik edirəm, çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm.
Sakinlər: Sağ olun. Allah Sizdən razı olsun. Çox minnətdarıq.
Prezident İlham Əliyev: Təşəkkürlər, sağ olun.
Sakinlər: Sağ olun.
x x x
Sonra dövlət başçılarına və xanımlarına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksi barədə məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 8,9 hektar olan kompleks 38 yaşayış binasından ibarətdir. Binalar 4, 5, 6 və 7 mərtəbəlidir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur.
Hazırda kompleksin inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Altı bina və 144 mənzildən ibarət birinci məhəllənin tikintisi cari il avqustun sonlarında başa çatdırılacaq. Altı bina və 123 mənzildən ibarət ikinci məhəllə isə sentyabrda təhvil veriləcək. Ümumilikdə 579 mənzildən ibarət daha 26 binanın tikintisi bu ilin sonlarında başa çatdırılacaq.
Burada bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunaraq sakinlərin istifadəsinə veriləcək. Bütün binalar mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və liftlə təmin ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, giriş və çıxış pandusları, istirahət guşələri, uşaq oyun və idman meydançaları da yaradılacaq.
x x x
Sonda xatirə şəkilləri çəkdirilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:34
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
Bu gün, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
Bu gün, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib
29-05-2025, 16:02
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
29-05-2025, 15:21
Yeni dünya müharibəsi qaçılmazdır - Sorğu
29-05-2025, 13:41
İlham Əliyev iş adamlarını qəbul edib - Fotolar