Təyyarə qəzası: Priqojin və “Vaqner”in digər komandiri ölüb - (Yenilənir)
Tarix: 23-08-2023 21:21 | Bölmə: Slayd
Təyyarə qəzası: Priqojin və “Vaqner”in digər komandiri ölüb - (Yenilənir)

Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb.

Reyting.az xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 10 nəfər ölüb.

Baza teleqram kanalı iddia edir ki, təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olub və təyyarənin sərnişinlər arasında Priqojin də olub.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.


Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.

***

Federal Hava Nəqliyyatı Agentliyi sərnişinlər arasında Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb.

Bildirilir ki, sərnişinlərin siyahısına əsasən, onların arasında Y. Priqojinin adı və soyadı da var.

***

Yevgeni Priqojin və "Vaqner"in tanınmış komandirlərindən olan Dmitri Utkin ölüb.


Baza teleqram kanalı xəbər verir ki, bunu Zaporojye vilayəti administrasiyasının nümayəndəsi Vladimir Roqov deyib.



Reyting.az




Bölməyə aid digər xəbərlər