Paşinyan: “Ermənistan Azərbaycana yeni sülh təklifləri göndərib”
Tarix: 24-08-2023 11:53 | Bölmə: Slayd
Paşinyan: “Ermənistan Azərbaycana yeni sülh təklifləri göndərib”

“Ermənistan Azərbaycan tərəfinə sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

N. Paşinyan Ermənistanın sülh gündəliyinə sadiq olduğunu da bildirib.

Xatırladaq ki, N. Paşinyan fevralın 16-da Nazirlər Kabinetinin iclasında İrəvanın öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini yekunlaşdırdıqlarını bəyan etmişdi. Rəsmi Bakı isə 2022-ci ilin martında İrəvana münasibətlərin normallaşdırılmasına dair beş bəndlik təklif təqdim edib. Erməni tərəfi təklifə düzəlişlər edərək, öz variantını Azərbaycana göndərdiyini bildirib.

Onu da qeyd edək ki, Ermənistan tərəfi sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan etsə də, reallıqda sülhün yaranmasına mane olur, həm sərhədyanı ərazilərdə, həm də Qarabağda təxribatlarını davam etdirir, ordu qalıqlarını Azərbaycanın suveren ərazilərindən çıxarmaq istəmir.

E. KAMAL
Reyting.az






Bölməyə aid digər xəbərlər