Ukrayna kəşfiyyatının xüsusi bölmələri Krıma daxil olub
Tarix: 24-08-2023 12:56 | Bölmə: Slayd
Ukrayna kəşfiyyatının xüsusi bölmələri Krıma daxil olub

Bu gün səhər saatlarında Rusiyanın işğalı altındakı Krımda döyüşlər olub, Ukraynanın kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində yarımadaya daxil ola biliblər.

Reyting.az
-ın xəbərinə görə, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov verib.

Yusov “Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri xüsusi əməliyyat çərçivəsində bütün tapşırıqları yerinə yetiriblər”, - desə də, əməliyyatın detallarını açıqlamayıb.

Krım nəşri də Ukrayna kəşfiyyatına istinadla iddia edir ki, Tarxankut burnu ərazisində gəmilər və aviasiyanın iştirakı ilə döyüş baş verib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər