Xocalı və Ağdam atəşə tutulub
Tarix: 28-08-2023 23:35 | Bölmə: Slayd
Xocalı və Ağdam atəşə tutulub

Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlər görülüb.




Bölməyə aid digər xəbərlər