Bakı Qarabağdakı ermənilərə humanitar yardım göndərir
Tarix: 29-08-2023 09:31 | Bölmə: Slayd
Bakı Qarabağdakı ermənilərə humanitar yardım göndərir

Bakıdan Xankəndi şəhərində yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.

Onun sözlərinə görə, bu gün humanitar karvanımız yola düşüb və yük Ağdam-Xankəndi yolu ilə çatdırılacaq.

N. Aslan deyib ki, ilkin mərhələdə 40 ton un məmulatı göndərilir.

Cəmiyyət sədri ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. "Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”,- deyə N. Aslan əlavə edib.(APA)




Bölməyə aid digər xəbərlər