Xoşməramlı missiyanın qarşısı alınır - Separatçılar Ağdam-Xankəndi yolunda çadırlar qururlar - Foto
Tarix: 29-08-2023 23:30 | Bölmə: Slayd
Xoşməramlı missiyanın qarşısı alınır - Separatçılar Ağdam-Xankəndi yolunda çadırlar qururlar

Bakıdan Xankəndiyə humanitar yük aparan avtomobillər Ağdam rayonuna çatsa da, separatçılar Azərbaycanın xoşməramlı missiyasına mane olur, yardımın Xankəndiyə çatdırılmasına imkan verməyəcəklərini deyirlər.

Reyting.az
-ın məlumatına görə, Azərbaycanın Xankəndiyə humanitar yük aparan nümayəndə heyətinin üzvləri Rusiya sülhməramlıları ilə görüşüb, yükün ünvana çatdırılmasını müzakirə ediblər. Bundan sonra separatçılar görüşdə iştirak edən Rusiya hərbçilərindən biri ilə görüşüblər.

Ermənistan KİV-ləri yazır ki, separatçıların Əsgərandakı nümayəndəsi Qrayr Apresyan azərbaycanlılarla görüşən Rusiya sülhməramlı qoşunlarının nümayəndələrindən biri ilə görüşərək, müzakirə aparıb.

İddiaya görə, guya Rusiya sülhməramlılarının nümayəndəsi Q. Apresyanı əmin edib ki, onlar azərbaycanlıların Xankəndiyə doğru irəliləməsinə imkan verməyəcəklər.



Separatçılar Bakıdan göndərilmiş yükün çatdırılmasına mane olmaq üçün Ağdam-Xankəndi yolunda çadırlar qururlar.

Onu da qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə ilkin olaraq 40 ton ərzaq aparıb. Separatçıların Azərbaycanın xoşməramlı missiyasına mane olması isə, ermənilərin iddiasının əksinə olaraq, Xankəndi şəhərində hər hansı humanitar böhranın olmadığını göstərir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər