“Putinin müalicəsi mümkün deyil” - Psixoloq
Tarix: 30-08-2023 11:40 | Bölmə: Slayd
“Putinin müalicəsi mümkün deyil” - Psixoloq

“Rusiya lideri Vladimir Putin sosiopat deyil, psixopatdır. Belə insanları tanımaq çox çətindir, çünki onlar ağıllı və gözəl manipulyatorlardır”.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə psixoterapevt, psixiatr, kliniki və tibbi psixoloq Tina Beradze çıxış edib.

T. Beradze deyib ki, psixopatiya xəstəlik deyil, ona görə də Putin müalicə olunmayacaq, mühakimə ediləcək.

“Putin psixopatdır. Psixopatiya psixi xəstəlik deyil, şəxsiyyət pozğunluğudur. Bu, çox böyük fərqdir. Psixopatlar müalicə edilmir, mühakimə olunur. Psixopatı tanımaq çox çətindir, çünki onlar ağıllı və yaxşı manipulyatorlardır”, - mütəxəssis əlavə edib.

Beradzenin sözlərinə görə, Rusiya əhalisi təbliğatla hipnoz olunur və ruslar artıq hər şeyə inanmağa hazırdırlar. Onların həyatları qorxu ilə doludur, buna görə də televiziyadan gələn təbliğatın təsirinə düşürlər.

“Rusiyada vəziyyət çox pisdir. Onlar təcrid vəziyyətinə düşüblər. Onların böyük qorxusu var. Özləri bu qorxuya səbəb olublar ki, dünya Rusiyanı və buna bənzərləri “udmaq” istəyir. Səfərbərlik qorxusu, təcrid qorxusu, bu, belə bir qorxudur. Bizim üçün bu, mütləq absurddur”, - deyə psixoloq yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin xəstəlikləri uzun müddətdir müzakirə olunur. Rusiyalı politoloq Valeri Solovey bildirib ki, Kreml rəhbərinin səhhəti kəskin pisləşib və bu səbəbdən o, güclü dərmanlardan istifadə edir.

Başqa bir iddiaya görə, Putin xərçəng və bir sıra nevroloji xəstəliklərdən əziyyət çəkir.

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da Putinin xərçəng xəstəsi olduğunu iddia edib.

Onu da xatırladaq ki, keçmiş “KQB” əməkdaşı Boris Karpiçkov ötən ilin may ayında “Putin paranoya və xəyanət qorxusu yaşayır, Rusiya prezidentində demans əlamətləri var”, - deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər